Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix / Quran bələdçisi: Surələrin mahiyyəti
    Quran bələdçisi: Surələrin mahiyyəti

    Quranda adı keçən səbir və kəfalət sahibi peyğəmbər - Zülkifl surəsi nədən bəhs edir?

    19 Aprel 2026 16:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Quranda adı keçən səbir və kəfalət sahibi peyğəmbər - Zülkifl surəsi nədən bəhs edir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Sözlükdə “sahib, malik” mənasını verən “zu” ilə “nəsib, qismət; eş, bənzər; kəfalət” kimi mənalara gələn “kifl” kəlməsindən yaranan Zülkifl, “nəsib, qismət və ya kəfalət sahibi” deməkdir. Zülkifl ismi Quranda iki ayədə xatırlanır.

    Həmin ayələr aşağıdakılardır:

    Ənbiya surəsi (21/85): “İsmayılı, İdrisi və Zülkifli də an; çünki onların hamısı səbir edən kimsələr idi.”

    Sad surəsi (38/48): “İsmayılı, Əlyəsəni və Zülkifli də zikr et; çünki onların hamısı çox xeyirli kimsələr idi.”

    Qurani-Kərimdə haqqında başqa məlumat bulunmayan Zülkiflin müəyyən bir şəxsin adı, yoxsa sifəti olduğu, əgər şəxs adıdırsa, bu şəxsin kimliyi, onun nəbi (peyğəmbər), yoxsa vəli olduğu məsələsi İslam alimləri arasında müzakirə mövzusudur.

    Ad, yoxsa sifət?

    Bəzi alimlər bu kəlmənin “bir şeydən və ya bir şəxsdən məsul oldu” və ya “bir şeyi etməyi öhdəsinə götürdü (təkəffül etdi)” mənasında bütün peyğəmbərlər üçün istifadə edildiyini, dolayısıyla tək bir şəxsi deyil, Allaha qəlbən bağlanmış hər kəsi ifadə etdiyini irəli sürürlər. Ancaq müvafiq ayələrin bağlamından Zülkifl kəlməsinin bir sifət olmadığı anlaşılsa da, bunun bir şəxsin adı, yoxsa ləqəbi olduğu xüsusu yenə də mübahisəlidir.

    Fəxrəddin ər-Razi hər ikisini də ehtimal daxilində görməklə birlikdə, kəlmənin isim olma ehtimalını daha qüvvətli hesab edir. Digər tərəfdən, “Zünnun”un Yunus peyğəmbərin, “Zü’l-eyd”in Davud peyğəmbərin ləqəbi olduğu kimi, Zülkiflin də bir ləqəb qəbul edilməli olduğunu deyənlər də vardır. Bununla belə, ayələrdə Zülkiflin peyğəmbərlərlə bərabər anılması onun bir peyğəmbər, dolayısıyla tarixi bir şəxsiyyət olduğu qənaətini gücləndirir. Bu əsaslara arxalanaraq Fəxrəddin ər-Razi və İbn Kəsir Zülkiflin peyğəmbər olduğu nəticəsinə varmışlar.

    Zülkiflin həyatı və şahsiyyəti haqqında rəvayətlər

    Zülkiflin həyatı haqqında bir çox rəvayət mövcuddur. Əhməd bin Hənbəlin Abdulla bin Ömərdən nəql etdiyinə görə, "Kifl" İsrailoğullarından günah işləməkdən çəkinməyən bir şəxsdir. Bir gün qarşısına çıxan bir qadına onunla bərabər olması qarşılığında 60 dinar verir. Ancaq qadın əslində iffətli biri olduğunu, yoxsulluq üzündən ilk dəfə belə bir iş edəcəyini söyləyincə, Kifl verdiyi pulu geri almadan qadını buraxır və artıq günah işləməyəcəyinə dair söz verir. Kifl o gecə ölür və səhər qapısının üzərində “Allah Kifli bağışladı” yazısı görülür. Lakin bu rəvayətdə keçən Kiflin Quranda anılan Zülkifl olması mümkün deyil; həm bu hədisin isnadı rivayət texnikası baxımından "qəribdir", həm də mətndə Zülkifl deyil, Kifl adlı birindən bəhs edilir.

    Tirmizi və Əhməd bin Hənbəl xaricində mötəbər hədis qaynaqlarında Zülkifl haqqında məlumat yoxdur. Buna qarşılıq təfsir və qisas-i ənbiya kitablarında bir-birindən fərqli çox sayda rəvayət yer alır. Məsələn, Əbu Musa əl-Əşəriyə və Mücahidə görə, Zülkifl peyğəmbər deyil, Allahın tərifini qazanmış saleh bir bəndədir. Abdulla bin Abbasa görə, İsrailoğullarından Davud və Süleyman kimi bir kral-peyğəmbərin, yaxud İsrailoğulları arasında ismi ədalətlə eyniləşmiş bir qazı (hakim) və ya kralın xələfidir. Həsən-i Bəsri və digər bir çox alimlərin fikrincə isə o, bir peyğəmbərdir.

    Niyə bu ləqəblə anılır?

    Rəvayətlərdə bu ləqəbin verilmə səbəbləri fərqli izah olunur:

    Əlyəsə peyğəmbərin şərti: Mücahiddən gələn rəvayətə görə, Zülkifl Əlyəsə peyğəmbərin xələfidir. Əlyəsə qocalanda gündüzləri oruc tutacaq, gecələri namaz qılacaq və mübahisəli məsələlərdə əsla qəzəblənməyəcək bir xələf axtarır. Bu şərtləri yerinə yetirəcəyini öhdəsinə götürən bir gənc ortaya çıxır və şeytanın vəsvəsəsinə qapılmadan vədlərinə əməl edir, beləliklə Zülkifl adını qazanır.

    İbn Abbasın rəvayəti: Allah bir peyğəmbərə öz yerinə gündüzləri orucla, gecələri ibadətlə keçirən və hökm verərkən qəzəblənməyən birini tapmağı əmr edir. Bir gənc bu vəzifəni haqqıyla yerinə yetirdiyi üçün Zülkifl adlandırılır.

    Əbu Musa əl-Əşəriyə görə, Zülkifl gündə 100 rükət namaz qılan saleh bir bəndənin vəfatından sonra onun əməllərini davam etdirən bir şəxsdir və özü də hər gün 100 rükət namaz qıldığı üçün bu adı almışdır.

    Tarixi Kimlik: Hezekiel və Budda ehtimalları

    Təfsirlərdə Zülkifl Həzrət Əyyubun oğlu Bişr, Yuşa bin Nun, Zəkəriyya, Əlyəsə, Hezekiel və hətta Budda ilə eyniləşdirilmişdir. Lakin Sad və Ənbiya surələrində Zülkiflin adı Əlyəsə və Zəkəriyya ilə yanaşı çəkildiyi üçün onun bu şəxslərin özü olması mümkün deyil.

    Müasir müfəssirlərin çoxu Zülkiflin Əhdi-Ətiqdə (Tövrat) adı keçən və İsrailoğullarına göndərilən Hezekiel (Hizqiyal) ilə eyni şəxs olduğu fikrini qəbul etməyə meyillidirlər. Hezekiel İsrail tarixinin ən sıxıntılı dövrlərində yaşamış, e.ə. 597-ci ildə Babil kralı Buxtunnəsr tərəfindən əsir alınmış, əsarətin beşinci ilində peyğəmbər kimi vəzifələndirilmişdir. Ayədəki “o, səbir edən salehlərdən idi” ifadəsi Hezekiel kitabındakı tarixi hadisələrlə dəstəklənir.

    Bəzi araşdırmaçılar isə "Kifl" kəlməsinin Buddanın doğulduğu yer olan Kapilavastu ilə əlaqəli olduğunu və Zülkiflin Budda ola biləcəyini irəli sürsələr də, bu fikir İslam elmi dairələrində geniş təsdiqini tapmamışdır.

    #Zülkifl surəsi nədən bəhs edir? #Zülkifl surəsi #Ənbiya surəsi #Sad surəsi #Zünnun #Yunus peyğəmbər #Fəxrəddin ər-Razi #İbn Kəsir #Tirmizi və Əhməd bin Hənbəl #Əbu Musa əl-Əşəri #Həsən-i Bəsri #Zülkifl Əlyəsə #İbn Abbasın rəvayəti #Hezekiel #Budda #Hizqiyal #Yuşa bin Nun #Zəkəriyya #Əlyəsə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tövhid və axirət inancı: Zariyat surəsi haqqında mühüm faktlar

    2 Avqust 2026 13:00

    Kəhf surəsi nədən bəhs edir?

    19 İyul 2026 05:36

    Zümər suriəsi nədən bəhs edir?

    28 İyun 2026 06:00

    Şura surəsi nədən bəhs edir?

    22 İyun 2026 00:25

    Quranda sehr anlayışı-Tarixin ən qədim gizli elmləri:Babil və Misir cadugərliyi

    24 May 2026 09:00

    Çətinliklərlə yetkinləşən insan: Bələd surəsinin əsas qayəsi

    19 May 2026 16:11

    Tövbə surəsi nədən bəhs edir - Niyə surəsinin başında Bəsmələ yoxdur?

    10 May 2026 22:00

    Quranda adı keçən səbir və kəfalət sahibi peyğəmbər - Zülkifl surəsi nədən bəhs edir?

    19 Aprel 2026 16:00

    Quranın qəlbi Yasin surəsi: Ayələrin mənası və əsas mövzuları

    19 Aprel 2026 13:03

    İslamda Fatihə surəsinin mənəvi və fiqhi əhəmiyyəti nədir?

    21 Dekabr 2025 14:23

    Əbəsə surəsi haqqında nə bilirik?

    24 Noyabr 2025 12:50

    Hicr surəsi nədən bəhs edir?

    11 Noyabr 2025 09:11
    XƏBƏR LENTİ

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

    Yuxuda məscid görmək necə yozulur?

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    İslam memarlığının 8 şah əsəri hansılardır?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.