Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Qazaxıstan
    Qazaxıstan

    Qazaxıstanda prezidentin andiçmə qaydasının dəyişdirilməsi təklif olunur

    26 Yanvar 2026 10:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qazaxıstanda prezidentin andiçmə qaydasının dəyişdirilməsi təklif olunur
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Qazaxıstanda seçilmiş Prezidentin vəzifəyə başlaması zamanı andiçmə prosedurunun dəyişdirilməsi nəzərdə tutulur.

    AzerVoice xəbər verir ki, Qazaxıstanın ədliyyə naziri Erlan Sərsəmbayev Prezidentin səlahiyyətlərinin icrasına başlama qaydası ilə bağlı Konstitusiyaya mümkün dəyişikliklər barədə açıqlama verib.

    Nazirin sözlərinə görə, seçkilərin keçirilmə müddətləri və qaydasında edilən dəyişikliklər Prezidentin and içməsi ilə bağlı müddəalara da uyğun düzəlişlərin edilməsini zəruri edir. Bu çərçivədə Konstitusiyanın müvafiq maddəsində Prezidentin andiçmə mərasiminin seçkilərin yekun nəticələrinin rəsmi dərc olunduğu gündən etibarən bir ay müddətində keçirilməsi təklif olunur. Beləliklə, konkret təqvim tarixindən imtina edilərək andiçmə günü birbaşa seçki nəticələrinin elan edildiyi tarixlə əlaqələndirilir.

    Erlan Sərsəmbayev bildirib ki, eyni mexanizmin Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitam verilməsi, vəzifədən kənarlaşdırılması və ya vəfatı hallarında da tətbiqi nəzərdə tutulur. Bu hallarda Prezident səlahiyyətlərini qəbul edən şəxs də bir ay müddətində and içməlidir.

    Nazir vurğulayıb ki, bu yanaşma operativliklə legitimlik arasında tarazlığı təmin edir. Bir tərəfdən dövlət idarəçiliyində hakimiyyət boşluğu yaranmır, digər tərəfdən ali dövlət səlahiyyətlərini üzərinə götürən hər bir şəxs Konstitusiyaya uyğun olaraq xalq qarşısında məsuliyyətini açıq şəkildə təsdiqləmiş olur.

    Qeyd edək ki, bundan əvvəl də Erlan Sərsəmbayev Qazaxıstanda Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl başa çatması halında seçkilərin keçirilməsi qaydasının Konstitusiyada təsbit edilməsinin planlaşdırıldığını açıqlamışdı.

    #Qazaxıstan #Dövlət idarəçiliyi #Qazaxıstan Konstitusiyası #Prezident andiçmə mərasimi #prezidentin vəzifəyə başlaması #Erlan Sərsəmbayev #Qazaxıstan Ədliyyə Nazirliyi #prezident seçkilərinin nəticələri #seçkilərin rəsmi elan edilməsi #andiçmə müddətinin dəyişdirilməsi #prezident səlahiyyətləri #vaxtından əvvəl səlahiyyətlərin xitamı #hakimiyyətin ötürülməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    24 Avqust 2026 10:02

    Qazaxıstanda Kurultaya seçkilərdə səsvermə başa çatıb

    23 Avqust 2026 19:59

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Tacikistan İrandan 2,55 milyon ton neft və yanacaq almaq istəyir

    20 Avqust 2026 18:12

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12

    Qazaxıstan Prezidenti Azərbaycanın səfirinin etimadnaməsini qəbul edib

    19 Avqust 2026 14:18

    Qazaxıstan Xəzər dənizinin monitorinqinə 2,36 milyon dollar vəsait ayırıb

    12 Avqust 2026 16:19

    Kasım-Jomart Tokayev Ukrayna müharibəsinin dondurulmasını və danışıqların bərpasını təklif edib

    25 İyul 2026 21:12

    Rusiyanın bəzi bölgələrində yanacaq çatışmazlığı hələ də davam edir

    25 İyul 2026 20:03

    Qazaxıstanda ilk dəfə aerotaksi sınaqdan keçirilir

    23 İyul 2026 11:19

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Qazaxıstan süni yağış layihəsinə başlayıb

    14 İyul 2026 16:49
    XƏBƏR LENTİ

    İsrail BMT-nin fələstinli qaçqınlara xidmət göstərən obyektlərinə basqın edib

    Hörmüz boğazında vəziyyət böhrandan əvvəlki səviyyəyə qayıtmalıdır - Qətər

    ABŞ-Kanada gərginliyi artır: Tramp Ontario gölü ilə bağlı təklif irəli sürüb

    Formula 1 üçün Azərbaycana gələn əcnəbilərə viza proseduru sadələşdirilir

    Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb

    Ərəb Uşaq Ədəbiyyatı üzrə Beynəlxalq Mükafata 475 müraciət daxil olub

    BƏƏ ilə Polşa arasında yeni hava körpüsü - 14 dekabrdan Qdansk uçuşları başlayır

    Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib

    Küveyt Neft Şirkəti kibertəhlükəsizlik xidmətləri üzrə tender elan edib

    ABŞ-nin regionun gələcəyində yeri olmayacaq - İran generalı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.