#Dövlət idarəçiliyi

Livanın Baş naziri Nəvaf Salam dövlət institutlarının gücləndirilməsinin vacibliyini vurğulayıb. O, hökumətin islahatlar kursuna sadiq qaldığını bildirib. Salam ölkə ərazisinin heç bir hissəsi ilə bağlı güzəştə getməyəcəklərini qeyd edib. Baş nazir silahların yalnız qanuni dövlət qüvvələrinin nəzarətində olmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, vətəndaşların gələcəyi siyasi və ya məzhəb mənsubiyyətindən asılı olmamalıdır. Salam müharibə və sülh məsələləri ilə bağlı qərarların yalnız dövlət tərəfindən verilməsinin tərəfdarı olduğunu bildirib. Bu açıqlamalar ölkədə təhlükəsizlik və siyasi islahatlarla bağlı müzakirələrin davam etdiyi bir vaxtda səsləndirilib. Livan rəhbərliyi dövlət institutlarının rolunun artırılmasını prioritet hesab edir.

Siyasət elminin atası hesab olunan florensiyalı Nikolo Makiavellinin 1513-cü ildə qələmə aldığı "Hökmdar" (Il Principe) əsəri, yazılmasından beş əsr keçməsinə baxmayaraq, hələ də dövlət idarəçiliyi və liderlik mövzusunda ən çox müraciət edilən klassik mənbə olaraq qalır. Əsl adı "De Principatibus" (Knyazlıqlar haqqında) olan bu traktat müəllifin ölümündən 5 il sonra, 1532-ci ildə işıq üzü görüb. Kitab həm də siyasi leksikona "makiavelizm" terminini daxil edib ki, bu da "məqsəd vasitəyə bəraət qazandırır" prinsipi ilə eyniləşdirilir.

Qazaxıstanda seçilmiş Prezidentin vəzifəyə başlaması zamanı andiçmə prosedurunun dəyişdirilməsi nəzərdə tutulur. Nazirin sözlərinə görə, seçkilərin keçirilmə müddətləri və qaydasında edilən dəyişikliklər Prezidentin and içməsi ilə bağlı müddəalara da uyğun düzəlişlərin edilməsini zəruri edir. Bu çərçivədə Konstitusiyanın müvafiq maddəsində Prezidentin andiçmə mərasiminin seçkilərin yekun nəticələrinin rəsmi dərc olunduğu gündən etibarən bir ay müddətində keçirilməsi təklif olunur. Beləliklə, konkret təqvim tarixindən imtina edilərək andiçmə günü birbaşa seçki nəticələrinin elan edildiyi tarixlə əlaqələndirilir.

Livan Prezidenti Cozef Aun parlament seçkilərinin konstitusion öhdəlik olduğunu və müəyyən olunmuş vaxtda keçirilməli olduğunu bir daha bəyan edib. Livanın Prezident Aun Baş nazir Nəvaf Salam və Parlament sədri Nəbi Berri ilə birlikdə seçkilərin planlaşdırıldığı kimi keçirilməsində qətiyyətli olduqlarını bildirib. Prezident Aun eyni zamanda müharibə riskinin qarşısını almaq məqsədilə diplomatik səylərin fasiləsiz davam etdiyini vurğulayaraq, vəziyyətin müsbət istiqamətdə inkişaf etdiyini qeyd edib. Parlament sədri Nəbi Berrinin də seçkilərin vaxtında keçiriləcəyini təsdiqlədiyi, bu prosesdə heç bir gecikmə və ya uzadılmanın olmayacağını bildirdiyi qeyd olunub.