Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıb. "Türk Dövlətləri Təşkilatına (TDT) Üzv Dövlətlərin Xarici İşlər Nazirləri Şurası 7 mart 2026-cı il tarixində İstanbulda çağırıldı və regional və qlobal inkişaflar, o cümlədən ətraf bölgələrdə insan iztirablarına, ölümlərə və genişmiqyaslı humanitar çağırışlara səbəb olan mövcud silahlı münaqişə və qarşıdurmaların son zamanlar artması barədə ətraflı məsləhətləşmələr həyata keçirdi.
Siyasət
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində TDT Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirlyiinin "X" hesanında paylaşım edilib. Bildirilib ki, görüşdə, mövcud regional təhlükəsizlik vəziyyəti, xüsusən də İranın Azərbaycana qarşı həyata keçirdiyi pilotsuz təyyarə hücumları müzakirə edilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib. Nazir Ceyhun Bayramov çıxışında artan geosiyasi gərginlik və qlobal qeyri-müəyyənlik kontekstində iki ölkə arasında həmrəyliyin, koordinasiyanın və strateji baxışın artan əhəmiyyətini vurğuladı. O, TDT-nin türk dünyasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və regional əlaqələrin inkişaf etdirilməsi sahəsində əldə etdiyi əhəmiyyətli irəliləyişi vurğuladı.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Türkiyə–Azərbaycan münasibətlərinə və Azərbaycana qarşı dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur.
İran Prezidenti Məsud Pezeşkian Naxçıvana dron hücumlarına görə məsuliyyəti etiraf edib. Bunu İran prezidenti Məsud Pezeşkian bu gün televiziya müraciətində bildirib. Onun sözlərinə görə, İranda Ali Lider və yüksək hərbi komandanlar öldürüldükdən sonra Silahlı Qüvvələr nəzarətsiz şəkildə qonşu ölkələrin ərazisinə atəş açıblar. Pezeşkian bildirib ki, Ali Liderlik Şurasının iclasında İran Silahlı Qüvvələrinə bundan sonra İrana hücum edilməyən ölkələrə heç bir hücumun edilməməsi və raket atılmaması haqda tapşırıq verilib. Yalnız hücum edilən ölkələrə qarşı addım atılacaq.
Rəşid Meredov Ceyhun Bayramova zəng vurub.
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir
Sahibə Qafarova ilə Natalya Koçanova arasında telefon danışığı olub.
Saqr Qobaş Sahibə Qafarovaya telefonla zəng edib.
Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.