Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan layihəyə başlanılıb

    25 Dekabr 2023 11:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan layihəyə başlanılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə təşkil olunub, azad, ədalətli və şəffaf keçirilməsi, habelə fərqli statuslu seçki subyektlərinin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə genişmiqyaslı tədbirlər ardıcıl və sistemli şəkildə davam etdirilir.

    AzerPress-in məlumatına görə, seçki iştirakçıları üçün müxtəlif istiqamətləri əhatə edən maarifləndirmə proqramına uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə birgə layihəsi çərçivəsində seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlara strat verilib.

    Yeni forma və məzmunda ilk dəfə Azərbaycan Respublikası Prezidenti seçkilərində reallaşdırılan tədbir vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan müraciət və şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.

    Layihənin proqramına əsasən ilk seminar dekabrın 25-də Bakı şəhərində Radisson hotelində Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin açılış nitqləri ilə başlayıb. Tədbirdə Mərkəzi Seçki Komissiyası nəzdində Ekspert qrupunun üzvləri, Hüquq və İnsan Haqları İnstitutunun mütəxəssisləri, Mərkəzi Seçki Komissiyası Katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları, eləcə də region üzrə 34 seçki dairəsi dairə seçki komissiyalarının müraciət və şikayətlərin araşdırılmasına məsul olan Ekspert qruplarının 102 üzvü iştirak edib.

    Seminarda Mərkəzi Seçki Komissiyası nəzdində Ekspert qrupunda təmsil olunan Komissiya üzvlərinin və Hüquq və İnsan Haqları İnstitutunun mütəxəssislərinin seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri, seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması və Ekspert qruplarının fəaliyyətinin əsasları, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasında azad seçki hüququna dair çıxışları dinlənilib, əyani vəsaitlərdən istifadə etməklə mövzular barədə ətraflı məlumat verilib.

    Tədbirin praktiki hissəsində seçki qanunvericiliyi və ekspert fəaliyyəti ilə bağlı kazuslar üzrə məşğələlər keçirilib, iştirakçılar sınaq testlərinin həllinə cəlb edilib.

    Seminara qatılan dairə seçki komissiyalarının bütün Ekspert qrupu üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən ilk dəfə hazırlanan və şikayət və müraciətlərin araşdırılması müddətləri, ardıcıllığı, qaydaları və sübutların qiymətləndirilməsi, habelə rəylərin və qərar layihəsinin hazırlanması prosedurlarını aydın və əhatəli əks etdirən Yaddaş kitabçası təqdim olunub.

    Qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyasının genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində reallaşdırılan və seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarların dekabrın 26-da Sumqayıtda, dekabrın 27-də Gəncə və Şəkidə, o cümlədən dekabrın 29-da Naxçıvan və Masallıda keçirilməklə, ümumilikdə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarının bütün Ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.

    Seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan layihəyə başlanılıb
    #Azərbaycan #növbədənkənar Prezident seçkiləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    22 İyul 2026 20:58

    Azərbaycan və Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş imzalayıb

    22 İyul 2026 20:00

    Azərbaycan və Çexiyanın “Agrofert” Şirkətlər Qrupu əməkdaşlıq imkanlarını müzakirə edib

    22 İyul 2026 19:51

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    21 İyul 2026 21:13

    Azərbaycan və Almaniya mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək

    21 İyul 2026 18:32

    Azərbaycan və Almaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəklər

    21 İyul 2026 18:18

    Azərbaycan və Almaniya yaşıl enerji və innovasiya sahəsində əməkdaşlığı artıracaq

    21 İyul 2026 18:15

    Azərbaycan və Almaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam etdiriləcək

    21 İyul 2026 18:11

    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb

    21 İyul 2026 18:05

    Azərbaycan-Almaniya münasibətləri çox dinamik inkişaf edir - Merts

    21 İyul 2026 16:30

    Azərbaycanla enerji əməkdaşlığımızı daha da şaxələndirmək istəyirik - Merts

    21 İyul 2026 16:28
    XƏBƏR LENTİ

    Avropada dövlət qərarı ilə sterilizasiya edilən qadınlar: XX əsrin unudulan faciəsi

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.