Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasının iclasında iştirak edən parlament sədrləri ilə görüş keçirib. Milli Məclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib.
#Parlamentlərarası İttifaqın 152-ci Assambleyası
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib. Azərbaycan parlamentinin spikeri çıxışında bu gün dünyada artan qeyri-müəyyənlik dövründə münaqişələrin davam etdiyini, gərginliyin artdığını, böhranların dərinləşdiyini və bərabərsizliklərin genişlənməkdə davam etdiyini bildirib. Onun sözlərinə görə, bu meyillər sülhün və ədalətin təməllərini sarsıtmaq riski yaradır. O cümlədən, Sahibə Qafarova iqlim dəyişikliyinin artıq real olduğunu və təcili tədbirlər tələb etdiyini vurğulayıb. Bu şəraitdə Assambleyanın mövzusunun həm vaxtında, həm də son dərəcə aktual olduğunu söyləyən Milli Məclisin sədri deyib ki, bu, kollektiv və məsuliyyətli şəkildə hərəkət etməyə çağırır.