Britaniyanın Baş naziri Kir Starmer SEPAH-ın terror təşkilatı kimi tanınması prosesini sürətləndirməyə çalışır. Bu məsələ ilə bağlı əvvəlki hökumətlər də təşəbbüslər irəli sürüb, lakin hüquqi maneələr səbəbindən qərar qəbul edilməyib. Əsas çətinlik SEPAH-ın İran dövlətinin rəsmi strukturlarından biri olması ilə bağlıdır. Starmer aprel ayında bununla bağlı qanun layihəsini parlamentə təqdim edib. Britaniya hökuməti yeni qərarın İranın ölkə daxilində fəaliyyətinin artması ilə bağlı olduğunu bildirir. Rəsmi şəxslər yəhudi və İsraillə əlaqəli obyektlərə qarşı hücumları nümunə göstərirlər. SEPAH-la bağlı qərarın Britaniyanın Tehran siyasətinə təsir göstərə biləcəyi qeyd olunur.
#Britaniya parlamenti
23 iyun tarixi dünya tarixində bir sıra önəmli hadisələrlə yadda qalıb. Aşağıda bu gün baş vermiş əsas hadisələrin xronoloji xülasəsini təqdim edirik:
Çörçillin istefası Britaniya tarixində bir dövrün sonu kimi qəbul edilir.
Azərbaycandan bir qrup QHT rəhbəri Böyük Britaniya parlamentinin İcmalar Palatasının spikeri Lindsay Hoyleyə, Lordlar Palatasının spikeri Lord Forsyth of Drumleanə, Beynəlxalq Vəkillər Assosiasiyasının prezidenti Claudio Viscoya və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Aulda açıq məktubla müraciət edib. Biz – Azərbaycanın insan hüquq və azadlıqları, mədəni irs üzrə ixtisaslaşmış bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, sizlərə Böyük Britaniya parlamentinin bir sıra üzvlərinin və Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq hörmətsizliyi, yoxlanılmamış və təsdiqlənməmiş, saxta məlumatlar əsasında ölkəmizə qarşı siyasi kampaniyaya başlamaları səbəbindən müraciət edirik.