Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycan Orta Dəhlizin əsas dayaqlarındandır - Cevdet Yılmaz

    23 Dekabr 2025 10:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan Orta Dəhlizin əsas dayaqlarındandır - Cevdet Yılmaz
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı Orta Dəhlizin strateji əhəmiyyətinin əhəmiyyətli dərəcədə artdığını bildirib və Azərbaycanın bu marşrutun əsas həlqələrindən biri olduğunu vurğulayıb.

    AzerVoice xəbər verir ki, Yılmazın sözlərinə görə, Rusiya–Ukrayna müharibəsindən sonra Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları ciddi şəkildə yüksəlib.

    Bu kontekstdə Azərbaycanın Orta Dəhlizin əsas komponentlərindən biri kimi rolu daha da strateji xarakter alıb.

    Cevdet Yılmaz, həmçinin Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci ildə imzalanmış və sülhün təmin olunmasına dair yol xəritəsini əhatə edən razılaşmanı regional sabitlik baxımından mühüm mərhələ kimi qiymətləndirib. Onun fikrincə, bu sülh prosesinin tam şəkildə reallaşması Cənubi Qafqazda uzunmüddətli sabitlik və rifah üçün möhkəm zəmin yaradacaq.

    Vitse-prezident qeyd edib ki, sözügedən proses Orta Asiya və Türk dövlətləri ilə Türkiyə və Avropa arasında iqtisadi və nəqliyyat əlaqələrinin daha da dərinləşməsinə töhfə verəcək. O bildirib ki, Zəngəzur dəhliziinin açılması Orta Dəhlizin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

    Çıxışında Azərbaycanın regional və qlobal miqyasda artan roluna da toxunan Cevdet Yılmaz ölkənin enerji sektorunda həyata keçirdiyi transformasiya proseslərinin Türkiyə tərəfindən diqqətlə izlənildiyini qeyd edib.

    #Türkiyə #Azərbaycan #Cevdet Yılmaz #Zəngəzur dəhlizi #Orta Dəhliz #II Azərbaycan–Türkiyə İnvestisiya Forumu #Azərbaycan–Türkiyə münasibətləri #regional əməkdaşlıq #Azərbaycan–Ermənistan sülh prosesi #strateji nəqliyyat dəhlizi #Rusiya–Ukrayna müharibəsi #Zəngəzur bağlantısı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    20 İyul 2026 18:12

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Azərbaycan müsəlman dünyasında əməli və bərabərhüquqlu həmrəyliyin tərəfdarıdır - Rufiz Hafizoğlu

    20 İyul 2026 12:45

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

    18 İyul 2026 20:43

    Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb - XİN

    18 İyul 2026 19:41

    Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

    18 İyul 2026 10:42

    Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

    18 İyul 2026 09:11

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47
    XƏBƏR LENTİ

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.