Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Köhnə oyunçular geri çəkilir, Bakı irəli çıxır - İsraildəki görüşün pərdəarxası

    1 Dekabr 2025 22:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Köhnə oyunçular geri çəkilir, Bakı irəli çıxır - İsraildəki görüşün pərdəarxası
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Qaynarinfo

    Rusiyanın İsraildəki səfirinin Azərbaycanın buradakı səfiri ilə görüşməsinin məğzində Bakının Yaxın Şərqdə rolunun artması amili dayanır. AzerVoice xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Rusiyanın İsraildəki səfiri Anatoli Viktorovun Azərbaycan səfiri Muxtar Məmmədovla işgüzar görüşünü şərh edərkən deyib.

    Ekspert qeyd edib ki, son zamanlar Bakının Suriyada rolu artıb:

    "Bəşər Əsəd rejiminin devrilməsinin artıq bir ili tamam olur. Ötən dövr ərzində çox şey dəyişib. Yeni Suriyanın xarici, daxili siyasətində, qonşularla münasibətində xeyli dəyişiklik oldu. Bu bir il ərzində Suriya-Azərbaycan münasibətlərində olduqca ciddi müsbət inkişafı gördük. Antalya Forumunda Azərbaycan Prezidentilə Suriyanın keçid hökumət başçısı arasında görüş baş tutdu. Əhməd Şaraa Bakıya da gəldi. Daha sonra Azərbaycan qazı Suriyaya nəql olundu. Digər tərəfdən, Bakıda İsraillə Suriya arasında iki raund görüş oldu. Hansı ki, bu zaman Bakı olduqca pozitiv siyasi mühit sərgilədi. Azərbaycanın Qəzza və Yaxın Şərqdə baş verən digər hadisələr fonunda həm Suriya, həm də Fələstin məsələsində daha fərqli siyasət yürütməsi, habelə Qəzzada sülhün əldə olunması üzrə böyük konfransda iştirak etməsi anti-Azərbaycan təbliğatı aparan qüvvələrin məkrli planlarını məhv etdi".

    Həmsöhbətimizin fikrincə, Rusiyanın İsraildəki səfirinin Azərbaycanın səfiri ilə görüşməsinin əsasında da məhz Bakının Yaxın Şərqdə rolunun artması amili dayanır:

    "Azərbaycanın bu önəmli rolunu köhnə oyunçularla yanaşı, hətta ərəb ölkələri də qəbul edir. Yəni Azərbaycan həm İsrail, həm də ərəb, islam dünyası ilə dialoq mexanizminə sahib yeganə ölkədir. Rusiya və İranın əvvəlki kimi Suriyaya təsir imkanları yoxdur, olmayacaq da. Ona görə də Kreml ən azından regionla bağlı diplomatik münasibətlərin daha normal müstəviyə qayıtması üçün Azərbaycanın bu yolda önəmli bir mexanizm sərgiləməsini istəyəcək. Çünki məhz Azərbaycan bu məsələdə daha neytral mövqe tutur. Dünyada söz sahibi olmaq üçün Yaxın Şərqdə söz sahibi olmaq gərəkdir. Bakı da bu reallığı görür və ona görə də yeni siyasi üfiqləri aşğama başlayıb".

    Qeyd edək ki, məlumatlara görə, noyabrın 27-də Rusiyanın İsraildəki səfiri Anatoli Viktorovla Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov arasında işgüzar görüş keçirilib. Rəsmi açıqlamaya görə, söhbət əsas beynəlxalq və regional məsələlərə, xüsusən də Fələstin-İsrail münaqişə zonasındakı inkişafa və Suriyadakı hadisələrin dinamikasına yönəlib. Tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Azərbaycan Xarici İşlər Nazirliyi hələlik məsələ barədə şərh verməyib.

    #Moskva və Bakı Yaxın Şərq üzrə məsləhətləşmələri genişləndirir #Rus və Azərbaycan səfirlərinin görüşü Bakının bölgədə artan rolunu göstərir #Ekspert: Azərbaycan Yaxın Şərq diplomatiyasında əsas aktora çevrilir #Viktorov–Məmmədov görüşündə Suriya və Qəzza məsələsi müzakirə edildi #Bakı İsrail–Suriya xəttində vasitəçi kimi önə çıxır #Yeni Suriya rəhbərliyi ilə Azərbaycanın əməkdaşlığı genişlənir #Analitik: Rusiya regionda balans üçün Azərbaycana ehtiyac duyur #Azərbaycan qazının Suriyaya nəqli münasibətləri gücləndirdi #Bakının neytral mövqeyi Yaxın Şərq diplomatiyasında təsirini artırır #Azərbaycan XİN hələlik Viktorov–Məmmədov görüşünə şərh verməyib #Azərbaycan Yaxın Şərqdə nüfuzunu artırır — Moskva bunu açıq şəkildə qəbul edir #Bakının İsrail və Suriya ilə paralel dialoqu regional siyasəti dəyişir #Rus səfiri: Bakı bölgə proseslərinin mühüm iştirakçısıdır #Azərbaycan Suriyanın yenidən qurulmasında rolunu genişləndirir #Qəzza konfransı və Bakının mövqeyi beynəlxalq diqqətdə #İsrail–Suriya danışıqlarına Bakı platforması seçildi #Regionda yeni diplomatik xətt: Azərbaycan mərkəzi oyunçu kimi #Siyasi ekspert: Bakı yeni siyasi üfüqlərə çıxır #Rusiya–Azərbaycan məsləhətləşmələrinin əhəmiyyəti artır #Suriyanın dəyişən geosiyasi xəritəsində Azərbaycanın rolu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    20 İyul 2026 18:12

    Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

    18 İyul 2026 20:43

    Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb - XİN

    18 İyul 2026 19:41

    Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

    17 İyul 2026 17:27

    Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

    17 İyul 2026 16:24

    Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov

    17 İyul 2026 14:59

    Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşüb

    17 İyul 2026 14:21

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    16 İyul 2026 20:49

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb

    16 İyul 2026 10:58

    Obama ilə Tramp arasında: Tamamilə fərqli bir Yaxın Şərq

    21 İyun 2026 10:00

    Azərbaycan–Suriya Biznes Şurasının yaradılması regional iqtisadi inteqrasiya üçün qapı açır

    13 Yanvar 2026 12:00
    XƏBƏR LENTİ

    Çin necə müharibə aparır? Qədim strateji düşüncədən müasir hərbi doktrinaya gedən yol

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.