Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Ümumilikdə AZAL təyyarəsinin qəzası ilə bağlı vəziyyət aydındır - Putin

    10 Oktyabr 2025 17:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ümumilikdə AZAL təyyarəsinin qəzası ilə bağlı vəziyyət aydındır - Putin
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Ümumilikdə AZAL təyyarəsinin qəzası ilə bağlı vəziyyət aydındır.

    AzerVoice xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasının yekunlarına dair keçirdiyi brifinqdə deyib.

    Rusiya dövlət başçısı qeyd edib ki, iş üzrə istintaq yekunlaşmaq üzrədir və bu prosesə beynəlxalq ekspertlər də cəlb olunub.

    “Biz İlham Heydər oğlu ilə istintaqın obyektiv aparılması üçün bütün lazımi addımları atacağımıza razılaşdıq. Həm Dövlətlərarası Aviasiya Komitəsi (MAK), həm də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) onlara təqdim edilən bütün materiallardan istifadə edərək araşdırma apardılar. Hazırda istintaq başa çatmaq üzrədir. Ümumilikdə hər şey aydındır”, – deyə o bildirib.

    Onun sözlərinə görə, mütəxəssislərin rəsmiləşdirməli olduğu bəzi texniki detallar qalıb.

    “Ümidvaram ki, biz bu səhifəni artıq çevirmişik. İrəliyə doğru addımlayacaq, heç bir çətinlik olmadan əlaqələrimizi inkişaf etdirəcək və hər iki ölkənin malik olduğu böyük planları – həm logistika, həm sənaye kooperasiyası, həm də humanitar sahədə – gerçəkləşdirəcəyik”, - deyə Rusiya prezidenti vurğulayıb.

    Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.

    İnsan tələfat və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib.

    İlkin hesabat aşağıdakı faktları təsdiq edir:

    1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapmışdır.

    2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR vasitəsilə təsdiq olunmuşdur.

    3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir.

    4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar vermişdir. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınmışdır.

    5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilmişdir ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxmışdır.

    #AZAL #Vladimir Putin #MDB
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    MDB İqtisadi Şurasının növbəti iclası Aşqabadda keçiriləcək

    29 Avqust 2026 14:46

    Putin NATO ölkəsinə hücum etməyəcək - Tramp

    27 Avqust 2026 21:54

    CIA rəhbərinin Moskva səfərinin əsl məqsədi nə idi? ABŞ Rusiyaya xəbərdarlıq edib

    27 Avqust 2026 16:25

    Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    25 Avqust 2026 21:22

    Putin BƏƏ Prezidenti ilə Körfəz və Ukraynadakı vəziyyəti müzakirə edib

    7 Avqust 2026 18:25

    Putindən Rusiyanın İrana peyk dəstəyi verib-vermədiyini soruşacağam - Tramp

    27 İyul 2026 21:52

    Kasım-Jomart Tokayev Ukrayna müharibəsinin dondurulmasını və danışıqların bərpasını təklif edib

    25 İyul 2026 21:12

    Tramp Çin və Rusiyanı İran müharibəsinə qarışmamağa çağırıb

    24 İyul 2026 20:26

    AI Rusiyaya qarşı son 4 ilin ən geniş sanksiya paketini qəbul edib - Sanksiyalara nələr daxildir?

    24 İyul 2026 10:34

    ABŞ və İran gərginliyi artırmamalıdır - Dmitri Peskov

    16 İyul 2026 18:26

    AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov

    6 İyul 2026 12:49
    XƏBƏR LENTİ

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.