Türk millətinin taleyini əks etdirən tarix kitabı açıldıqda, ən parlaq səhifələrdən biri şübhəsiz ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlığa həsr olunub. Bu bağ yalnız coğrafi yaxınlıqla deyil, ortaq dil, mədəniyyət, ədəbiyyat və tarixi yaddaşla formalaşmış sarsılmaz bir qardaşlıqdır. Hər iki xalq Oğuzun ocağında doğulmuş, eyni dastanlarla böyümüş, eyni türkülərlə sevinmiş, eyni acılara şərik olmuşdur. Türkiyə ilə Azərbaycan arasındakı bu qardaşlıq tarix, mədəniyyət və ortaq tale üzərində inşa olunmuşdur. Son dövrlərdə Türkiyədə bəzi media orqanlarında yayımlanan saxta xəbərlər, bu münasibətlərə xələl gətirmək və iki ölkə arasında şübhə toxumu səpmək məqsədi güdən şüurlu və məqsədli cəhdlər ola bilər. Sosial media və bəzi media platformaları üzərindən sürətlə yayılan bu xəbərlər tamamilə yalan və iftiradır, və iki xalqın arasına nifaq salmaq məqsədi daşıyır. Bu cür yalanlar Türk millətinin əsl duyğularını və düşüncələrini əsla əks etdirmir.
#Mehmet Yüce
2020-ci ildə baş vermiş 44 günlük Qarabağ Müharibəsi və 2023-cü ildə keçirilmiş 23 saat 48 dəqiqəlik "antiterror əməliyyatı" nəticəsində Azərbaycanın ərazi bütövlüyünü yenidən bərpa etməsi, Prezident İlham Əliyevi Türk Dünyasında hərbi qələbə qazanmış lider mövqeyinə yüksəltdi. Lakin liderlik nüfuzu yalnız hərbi uğurla deyil, bu uğurun diplomatik və iqtisadi nəticələrə çevrilməsi ilə də ölçülür.