#Türkiyə Azərbaycan qardaşlığı

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026" birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.

Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasından 34 il ötür. Bakıda Türkiyə Respublikasının Baş Konsulluğunun 1992-ci il yanvarın 14-də səfirlik statusuna yüksəldilməsi ilə başlayan diplomatik münasibətlər ötən 34 il ərzində “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələr üzrə ardıcıl şəkildə inkişaf etdirilib.

Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Böyükfırat AzerVoice-a eksklüziv açıqlamasında bildirib ki, Qarabağ Zəfərindən sonra yaranan yeni geosiyasi reallıq Orta Dəhlizi dünyanın ən strateji logistika xəttinə çevirib. Onun sözlərinə görə, bu proses ən çox Azərbaycan və Türkiyənin iqtisadi gücünə təsir göstərir. Böyükfırat vurğulayıb ki, qlobal tədarük zəncirindəki çətinliklər, Asiya–Avropa marşrutlarında yaşanan gecikmələr və logistikanın daralması Orta Dəhlizi daha da ön plana çıxarıb:

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq genişlənir. Bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə edilib. Belə ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilərək plenar iclasa tövsiyə edilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir. Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, tədqiqatçılar iştirak edir. Regional təhlükəsizlik, xarici siyasət, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya və enerji sahələrində əməkdaşlıq perspektivləri əsas müzakirə mövzuları olacaq.