#Azərbaycan-Türkiyə

Türkiyə və Azərbaycan arasında 12-ci Dönəm Karma İqtisadi Komissiya (KEK) Protokolü imzalanıb. Protokol çərçivəsində 110 maddəlik Eylem Planı da təsdiqlənib və bu plan ölkələrarası iqtisadi əməkdaşlığın genişləndirilməsi və strateji layihələrin həyata keçirilməsi üçün əsas istiqamətləri müəyyən edir. Nazir həmçinin qeyd edib ki, Azərbaycan təbii resurslar baxımından strateji əhəmiyyətə malikdir və enerji qiymətlərindəki dəyişikliklər gələcək ticarət balansına müsbət təsir göstərəcək. Ötən il Türkiyə–Azərbaycan arasında ticarət həcmi 8 milyard dollara çatıb. Bu göstərici, Qazaxıstanla birlikdə Türk Dövlətləri arasında əldə edilmiş ən yüksək ticarət həcmidir. Nazir Bolat əlavə edib ki, mövcud dalğalanmalar konjonktür xarakterlidir və keçicidir, yaxın gələcəkdə enerji bazarındakı dəyişikliklər ticarət əlaqələrini daha da gücləndirəcək.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir. Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, tədqiqatçılar iştirak edir. Regional təhlükəsizlik, xarici siyasət, iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya və enerji sahələrində əməkdaşlıq perspektivləri əsas müzakirə mövzuları olacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü ilə bağlı paylaşım edib. Paylaşımda qeyd olunub: "Qarabağın 30 illik işğalına son qoyan möhtəşəm və misilsiz bir qələbənin 5-ci ildönümündə, Vətən müharibəsində şəhid olan bütün qəhrəmanlarımızı – Azərbaycanın igid övladlarını rəhmətlə yad edirəm. Azərbaycan xalqını Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm".

Türk millətinin taleyini əks etdirən tarix kitabı açıldıqda, ən parlaq səhifələrdən biri şübhəsiz ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlığa həsr olunub. Bu bağ yalnız coğrafi yaxınlıqla deyil, ortaq dil, mədəniyyət, ədəbiyyat və tarixi yaddaşla formalaşmış sarsılmaz bir qardaşlıqdır. Hər iki xalq Oğuzun ocağında doğulmuş, eyni dastanlarla böyümüş, eyni türkülərlə sevinmiş, eyni acılara şərik olmuşdur. Türkiyə ilə Azərbaycan arasındakı bu qardaşlıq tarix, mədəniyyət və ortaq tale üzərində inşa olunmuşdur. Son dövrlərdə Türkiyədə bəzi media orqanlarında yayımlanan saxta xəbərlər, bu münasibətlərə xələl gətirmək və iki ölkə arasında şübhə toxumu səpmək məqsədi güdən şüurlu və məqsədli cəhdlər ola bilər. Sosial media və bəzi media platformaları üzərindən sürətlə yayılan bu xəbərlər tamamilə yalan və iftiradır, və iki xalqın arasına nifaq salmaq məqsədi daşıyır. Bu cür yalanlar Türk millətinin əsl duyğularını və düşüncələrini əsla əks etdirmir.