Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Hər gün işgəncə verirdilər - Ermənistan silahlı qüvvələrinin yaralı vəziyyətdə əsir götürdüyü azərbaycanlı

    28 İyul 2025 15:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hər gün işgəncə verirdilər - Ermənistan silahlı qüvvələrinin yaralı vəziyyətdə əsir götürdüyü azərbaycanlı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI.AzerVoice İyulun 28-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Amin Musayev 2020-ci ildə Vətən müharibəsi zamanı güllə yarası aldığını, yaralı vəziyyətdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, əsirlik müddətində hər gün işgəncələrə məruz qaldığını bildirib.

    AzerVoice xəbər verir ki, o, noyabrın 8-də Şuşa və Xankəndi şəhərləri arasındakı ərazidə yaralandığını, noyabrın 11-də əsir götürüldüyünü deyib. Əsir götürülən vaxt ona qarşı nalayiq ifadələr işlədilib. A.Musayev onlara cavab verən zaman avtomatın qundağı ilə alın hissəsindən vurulub. O, avtomobilə mindirilib. Maşında döyülməsi nəticəsində huşunu itirib. Sonradan İrəvana aparıldığını öyrənib.

    "Ayağım yaralı idi. Əsirlik zamanı gəlib ayağımı təmizləyəndə bilərəkdən biz vasitəsilə ağrını artırır, bununla da işgəncə verirdilər. Halbuki oraya tibbi şlanq - drenaj qoyulmalı idi ki, çirk axsın. Onu etmirdilər. Çirk ayağımın içində qala-qala zorla, ağrılı şəkildə bizlə təmizləyirdilər. Səsim çıxdıqca daha çox zorakılıq göstərirdilər. Hətta boynuma qədər üzərimə isti su tökürdülər".

    O, dekabrın 14-də Azərbaycana təhvil verilib. Əsirlikdən qayıtdıqdan sonra dörd dəfə əməliyyat olunub.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

    #Ermənistan #Bakı Ağır Cinayətlər Məhkəməsi #Bakı Hərbi Məhkəməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

    17 İyul 2026 16:24

    Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan qaldırıldıqdan sonra sülh sazişi imzalana bilər - Nazir

    9 İyul 2026 10:33

    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

    7 İyul 2026 20:27

    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb

    3 İyul 2026 19:26

    ABŞ-ın Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu artır

    2 İyul 2026 17:55

    Azərbaycandan tranzitlə Ermənistana buğda göndəriləcək

    27 İyun 2026 21:01

    Milli Məclisin komissiyası Fransanın Azərbaycana qarşı hibrid təhdidləri ilə bağlı bəyanat yayıb

    16 İyun 2026 18:14

    Maka Boçorişvili: Azərbaycan və Ermənistan arasında müsbət dinamika regionda sülhü gücləndirəcək

    8 İyun 2026 17:20

    Hakan Fidan: Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx əlaqələndirilir

    8 İyun 2026 17:13

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    7 İyun 2026 21:28

    Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndərilib

    4 İyun 2026 14:37

    Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək

    29 May 2026 10:40
    XƏBƏR LENTİ

    Avropada dövlət qərarı ilə sterilizasiya edilən qadınlar: XX əsrin unudulan faciəsi

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.