Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Türk Mədəniyyəti və İrsi Fondu ilə ISESCO arasındakı əməkdaşlıq güclənir

    29 May 2025 16:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk Mədəniyyəti və İrsi Fondu ilə ISESCO arasındakı əməkdaşlıq güclənir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova Səmərqənd şəhərinə İslam Dünyasının Mədəniyyət Paytaxtı statusunun verilməsi münasibətilə keçirilən mərasimdə iştirak məqsədli rəsmi səfər edib. Səfər çərçivəsində o, ISESCO-nun Baş direktoru cənab Salim bin Məhəmməd əl-Malik ilə ikitərəfli görüş keçirilib.

    AzerVoice xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə edib və mədəniyyət, təhsil, eləcə də tarixi və mədəni irsin qorunması sahələrində birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər. Görüşün yekunu olaraq, Fond və ISESCO arasında Anlaşma və Əməkdaşlıq Memorandumunun hazırlanması və imzalanması barədə razılıq əldə olunub.
    Aktotı Raimkulova, Səmərqəndə İslam Dünyasının Mədəniyyət Paytaxtı statusunun verilməsi münasibətilə Baş direktoru təbrik edib və bu təşəbbüsün təkcə Özbəkistan deyil, həm də bütün İslam və Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Fondun Prezidenti, ISESCO-nun mədəni irsin qorunması və təbliği sahəsindəki səylərinə tam dəstəyini bildirib.

    Görüş zamanı xanım Aktotı Raimkulova, türk ölkələrindəki tarixi və mədəni abidələrin bərpası və qorunması ilə bağlı sistemli və elmi yanaşmanın vacibliyini qeyd edərək, bu sahədə çoxcildli metodik vəsaitin birgə hazırlanmasını da təklif edib.

    Bundan əlavə, muzey işçilərinin ixtisasartırması, xüsusi təlim proqramlarının təşkili, birgə forumlar və mədəniyyət müəssisələrinin peşəkar potensialının artırılmasına yönəlmiş tədqiqat layihələri də müzakirə olunub.

    Görüş zamanı əldə edilən razılaşmalar Türk Mədəniyyəti və İrsi Fondu ilə ISESCO arasında uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradır və Türk və İslam dünyasının zəngin mədəni irsinin qorunması və təbliğini hədəfləyir.

    Türk Mədəniyyəti və İrsi Fondu ilə ISESCO arasındakı əməkdaşlıq güclənir
    Türk Mədəniyyəti və İrsi Fondu ilə ISESCO arasındakı əməkdaşlıq güclənir
    Türk Mədəniyyəti və İrsi Fondu ilə ISESCO arasındakı əməkdaşlıq güclənir
    #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #ISESCO
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsili naziri ilə görüşüb

    8 İyul 2026 16:46

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

    7 İyul 2026 17:51

    Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib

    3 İyul 2026 15:56

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb

    3 İyul 2026 12:25

    Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib

    1 İyul 2026 13:56

    Türk Mədəniyyəti və İrsi Fondundan türk dünyasının ortaq akademik məkanına böyük dəstək: Bakıdakı konfransdan mühüm mesajlar

    30 İyun 2026 15:07

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib

    29 İyun 2026 21:13

    Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir

    29 İyun 2026 18:47

    Aktotı Raimkulova III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib

    24 İyun 2026 14:13

    Aktotı Raimkulova III Beynəlxalq Məqam Forumunun açılışında iştirak edib

    24 İyun 2026 10:20

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Almatıda TDT Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib

    22 İyun 2026 13:49

    Aktotı Raimkulova İssık-Kul Beynəlxalq Forumunun plenar iclasında çıxış edib

    19 İyun 2026 12:44
    XƏBƏR LENTİ

    ABŞ və İran gərginliyi artırmamalıdır - Dmitri Peskov

    ABŞ rəhbərliyində İran məsələsində fərqli mövqelər formalaşıb

    İsrail ordusunun Livanın cənubuna hava zərbələri endirdiyi bildirilir

    HƏMAS rəsmisi məskunlaşma planlarına qarşı səfərbərlik çağırışı edib

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    İsrail ordusu Qəzzada dörd silah anbarını məhv etdiyini açıqlayıb

    Küveytdə hava hücumundan müdafiə sistemləri işə salınıb

    Qəzzadakı son hadisələr atəşkəsin gələcəyinə necə təsir göstərə bilər?

    Körfəz ölkələri strateji obyektlərdə təhlükəsizlik tədbirlərini gücləndirir

    Hörmüz boğazında İran və ABŞ qarşılıqlı "qırmızı xətlər" müəyyənləşdirir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.