Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Müdafiə naziri müşavirə keçirdi: şərti sərhəddə əməliyyat şəraiti və qoşunlarda bölmələrin gündəlik fəaliyyəti təhlil edildi

    12 Oktyabr 2024 12:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Müdafiə naziri müşavirə keçirdi: şərti sərhəddə əməliyyat şəraiti və qoşunlarda bölmələrin gündəlik fəaliyyəti təhlil edildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.

    Bu barədə  AzerVoice-ə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, videobağlantı formatında keçirilən müşavirəyə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları və müavinləri, Əlahiddə Ümumqoşun Ordunun rəhbər heyəti, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin Milli Müdafiə Universitetinin və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları cəlb olunub.

    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Giriş nitqi ilə çıxış edən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb.

    Ali Baş Komandanın yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında və digər çıxışlarında səsləndirdiyi fikirləri müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri hərbi gücümüzün və döyüş imkanımızın artırılmasının, eləcə də peşəkar kadr hazırlığının başlıca məqsədimiz olduğunu xüsusi vurğulayıb. Nazir qoşunların xidməti-döyüş fəaliyyətində dövlət başçısının fikirlərindən irəli gələn tapşırıqların icrasının daim diqqət mərkəzində saxlanmasının əhəmiyyətini qeyd edib.

    Müşavirədə şərti sərhəddə əməliyyat şəraiti və qoşunlarda bölmələrin gündəlik fəaliyyəti təhlil edilib, mövcud vəziyyətlə bağlı məruzələr dinlənilib.

    Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.

    General-polkovnik Z.Həsənov cari ilin 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin təşkilatçılığını, ölkəmizdə və digər qabaqcıl dövlətlərdə istehsal edilən müasir silah-texnika nümunələrinin stendlərdə nümayiş etdirilməsini yüksək qiymətləndirib.

    Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silah, texnika və hava hücum vasitələrinin imkanlarının, düzgün istismarının, həmçinin gecə və gündüz şəraitində effektiv döyüş tətbiqinin keçirilən təlimlərdə dərindən öyrənilməsinin əsas tələblərdən biri olduğu müşavirə iştirakçılarının nəzərinə çatdırılıb.

    Hərbi hissələrdə qoşun xidmətinin effektiv təşkili, digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə ərazilərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, kəskin relyef və sərt iqlim şəraitində yerləşən mövqelərin mühəndis-istehkam cəhətdən yaxşılaşdırılmasının, təminat yollarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.

    Dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğunu qeyd edən nazir, xüsusilə qış dövründə bölmələrin maddi-texniki və tibb təminatı məsələlərinə diqqət yetirilməsinin zəruriliyini bildirib.
    Sonda mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici tədbirlərin keçirilməsi, şəxsi heyət tərəfindən təhlükəsizlik və nizam-intizam qaydalarına riayət edilməsi, təlim-tədris və təhsil prosesində keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması barədə əlavə göstərişlər verilib.

    #Zakir Həsənov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan müdafiə naziri Slovakiyaya rəsmi səfər edib

    11 May 2026 19:37

    Zakir Həsənov döyüş atışlı taktiki təlimi yoxladı

    10 Aprel 2026 12:08

    Zakir Həsənov Moskvada görüş keçirdi

    2 Aprel 2026 18:42

    Zakir Həsənov Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

    2 Aprel 2026 16:58

    Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib

    22 Mart 2026 19:09

    Gürcüstanın müdafiə naziri Zakir Həsənovla regiondakı təhlükəsizliyi müzakirə edib

    5 Mart 2026 20:25

    Zakir Həsənov Türkiyə müdafiə nazirinə başsağlığı verdi

    25 Fevral 2026 09:34

    Zakir Həsənov HHQ-nin bölmələrində oldu

    22 Fevral 2026 12:16

    MN rəhbərliyi “World Defense Show 2026” sərgisində iştirak edib

    9 Fevral 2026 12:41

    Zakir Həsənov iranlı həmkarı ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib

    6 Fevral 2026 16:34

    Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əlaqələrin inkişaf məsələləri müzakirə edilib

    4 Yanvar 2026 19:44

    Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

    17 Dekabr 2025 12:27
    XƏBƏR LENTİ

    Urmiyadan Dəməşqə uzanan elm yolu: Şeyx Zəkiyəddin Əbdülqadir

    Z nəsli üçün sosial-realizm: Siçanlar və adamlar kitabının dərin təhlili

    Dağıstan necə MMA fenomeninə çevrildi?

    Prisoners - Övladını xilas etmək üçün insan nə qədər irəli gedə bilər?

    Seyid Cəmaləddin Əfqani: XIX əsr İslam dünyasının düşüncə və siyasət xəritəsi

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    Şeytanın gizli səltənəti: Süfli cinlər insanı aldadaraq, dindən necə çıxarır?

    Türkiyənin nəqliyyat texnologiyası uğuru - Martı necə regional nəhəngə çevrildi?

    Bir vaxtların rep ulduzu - Qaraqan, BlackBlood, Qarğa

    ABŞ və İran sülhə niyə yaxınlaşa bilmədi? 100 gündə nəticəsiz qalan danışıqların detalları

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.