Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Zakir Həsənov HHQ-nin bölmələrində oldu

    22 Fevral 2026 12:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Zakir Həsənov HHQ-nin bölmələrində oldu
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. VOA:

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə HHQ-nin bölmələrində olublar.

    Müdafiə Nazirliyindən VOA-ə verilən məlumata görə, şəxsi heyətlə görüşdə müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müdafiə qüdrətinin gündən-günə daha da gücləndiyini vurğulayıb. Qarşıya qoyulan tapşırıqların vaxtında və dəqiq icrasının təmin edilməsi istiqamətində Hava Döyüş Komandanlığına müvafiq göstərişlər verib.

    Müdafiə nazirinə hərbi hissədə mövcud olan yataqxana, yeməkxana və tibb məntəqəsi təqdim edilib. General-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qida normalarına riayət olunması, sanitariya-gigiyena qaydalarının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

    Həmçinin, ərazidə abadlıq, yaşıllaşdırma tədbirləri çərçivəsində xatirə ağacları əkilib və şəhid ailəsi ilə görüş keçirilib. Müdafiə naziri onların qayğıları ilə maraqlanıb, zəruri köməklik göstərilməsi barədə aidiyyəti şəxslərə tapşırıq verib. Şəhid ailəsi və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

    Zakir Həsənov HHQ-nin bölmələrində oldu
    Zakir Həsənov HHQ-nin bölmələrində oldu
    Zakir Həsənov HHQ-nin bölmələrində oldu
    Zakir Həsənov HHQ-nin bölmələrində oldu
    Zakir Həsənov HHQ-nin bölmələrində oldu
    Zakir Həsənov HHQ-nin bölmələrində oldu
    #Zakir Həsənov #Müdafiə Nazirliyi #Hərbi Hava Qüvvələri #Namiq İslamzadə #müdafiə naziri general-polkovnik Zakir Həsənov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

    2 Sentyabr 2026 09:32

    BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb

    18 Avqust 2026 20:23

    Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

    16 Avqust 2026 15:23

    Zakir Həsənov HHM bölmələrinin hərbi infrastrukturuna baxış keçirib

    5 Avqust 2026 10:50

    Küveyt ordusu hava məkanına daxil olan pilotsuz uçuş aparatlarının məhv edildiyini açıqlayıb

    31 İyul 2026 18:30

    Səudiyyə Ərəbistanı yeni çoxtərəfli müdafiə dəniz alyansı təşəbbüsünü müzakirə edib

    30 İyul 2026 20:41

    Müdafiə Nazirliyi: İraq ərazisindən bir neçə dron tutulub məhv edilib

    27 İyul 2026 16:47

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    26 İyul 2026 13:36

    Küveyt ordusu sərhədlərin qorunması üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb

    23 İyul 2026 22:24

    Küveytin Əl-Əbdəli sərhəd-keçid məntəqəsi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb

    23 İyul 2026 18:41

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    12 İyul 2026 16:15
    XƏBƏR LENTİ

    İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

    Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.