Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi fevralın 18-də davam edəcək

    14 Fevral 2025 22:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi fevralın 18-də davam edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Xəbər verildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 14-də davam etdirilib.

    AzerVoice zəbər verir ki, məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib.

    İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, elan edilməsinin növbəti prosesdə davam etdiriləcəyi qeyd olunub.

    Məhkəmənin baxış iclası fevralın 18-də davam etdiriləcək.

    Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

    #cinayət işi #Hərbi təcavüz #Sülh və insanlıq əleyhinə cinayətlər #Müharibə cinayətləri #Təcavüzkar müharibə #Terrorçuluğun maliyyələşdirilməsi #Hakimiyyəti zorla ələ keçirmə #Məhkəmə prosesi #Azərbaycan Respublikası Cinayət Məcəlləsi #Dövlət ittihamçısı #Müharibə qanunlarının pozulması #Beynəlxalq hüquq normaları #Qanunsuz silahlı birləşmələr #Aviasiya təhlükəsizliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

    28 Avqust 2026 19:14

    Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib

    26 Avqust 2026 18:19

    ABŞ-ın hücumları nəticəsində bir ildə neçə mülki şəxs həlak olub?

    20 Avqust 2026 06:00

    Vasim Əsədə ölüm hökmü çıxarıldı

    18 Avqust 2026 15:47

    Boston Loqan hava limanında baş vermiş Delta Flight 723 faciəsi: ABŞ aviasiya tarixinin ən ağır qəzalarından biri

    31 İyul 2026 03:00

    Elm müharibələrin qaynağıdır?

    26 İyul 2026 22:00

    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

    24 İyul 2026 19:27

    Putin və Netanyahunun həbsi qərarları ilə tanınan Kərim Xanın taleyi sual altındadır

    24 İyul 2026 12:17

    İran ABŞ-ı "kollektiv cəzalandırma siyasəti" yürütməkdə ittiham edib

    23 İyul 2026 18:12

    ABŞ aviaşirkətləri Livana uçuşlar həyata keçirə bilər

    22 İyul 2026 15:29

    Amnesty-nin çağırışı İsrail-Livan münasibətlərinə necə təsir edəcək?

    10 İyul 2026 18:34

    Britaniyada Labour Partiyasından Qəzza siyasətinə etiraf: “Düzgün mövqe tutmadıq”

    9 İyul 2026 22:32
    XƏBƏR LENTİ

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.