Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Məhkəmədə ittihamçılar terrorçuluq cinayətləri üzrə konkret epizodları açıqlayıblar

    11 Fevral 2025 22:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Məhkəmədə ittihamçılar terrorçuluq cinayətləri üzrə konkret epizodları açıqlayıblar
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Fevralın 11-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası zamanı dövlət ittihamçıları Fuad Musayev, Vüsal Abdullayev və Təranə Məmmədova terrorçuluq cinayətləri üzrə konkret epizodları elan ediblər.

    AzerVoice xəbər verir ki, o cümlədən qeyd edilib ki, 1991-ci il yanvarın 9-da Şuşa rayonu istiqamətində hərəkətdə olan “UAZ-469” markalı avtomobili atəşə tutaraq sürücü Qoyek İvan İvanoviçə, avtomobildə sərnişin qismində əyləşmiş sovet ordusunun hərbi qulluqçuları – 44682 nömrəli hərbi hissənin kəşfiyyat polkunun komandiri, polkovnik-leytenant Larionov Oleq Mixailoviçə və Laçın hərbi komendantlığının qərargah rəisi, mayor İvanov İqor Yuryeviçə, “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri, xidməti vəzifələrini yerinə yetirmək üçün həmin əraziyə ezam olunmuş jurnalist Əsgərova Salatın Əziz qızına güllə yaraları kimi müxtəlif bədən xəsarətləri yetirilərək, 4 nəfər şəxs qəsdən öldürülüblər.

    Bundan başqa, bildirilib ki, 1991-ci il noyabrın 20-də içərisində Azərbaycan Respublikasının dövlət nümayəndələri, Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının müşahidəçilərinin olduğu helikopter Xocavənd rayonuna eniş etmək üçün həmin rayonun Qarakənd kəndi ərazisi üzərindən aşağı məsafədə uçarkən cinayətkar təşkilatın üzvləri bundan məlumat alaraq AK-74 konstruksiyalı pulemyot və avtomat silahlarla təxminən 30 dərəcəli bucaq altında 300 metr məsafədən həmin helikopterə intensiv atəşlər açmaqla hücum edib onu zədələyərək idarə etmədən çıxarmağa nail olublar.

    Nəticədə Qarakənd kəndinin şərqində, dağın şimal yamacından 5 kilometr aralıda kəndarası torpaq yola perpendikulyar şəkildə çırpılıb partlamaqla yanmış helikopterdə olmuş Azərbaycan Respublikasının sabiq Baş prokuroru Qayıbov İsmət İsmayıl oğlu, Azərbaycan Respublikasının daxili işlər naziri Əsədov Məhəmməd Nəbi oğlu, Azərbaycan Respublikasının Dövlət katibi İsmayılov Tofiq Kazım oğlu, Azərbaycan Respublikası Baş nazirinin müavini Hacıyev Zülfü Saleh oğlu, Azərbaycan Respublikası Milli Məclisinin millət vəkilləri Cəfərov Vaqif Cəfər oğlu və Məmmədov Vəli Hüseyn oğlu, Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini Serikov Sanlal Dosumoviç, telejurnalist Mustafayev Alı Mustafa oğlu, videooperator Şahbazov Fəxrəddin İbrahim oğlu, işıq operatoru Hüseynzadə Arif İsmayıl oğlu, Azərbaycan Respublikası meliorasiya və su təsərrüfatı nazirinin birinci müavini Namazəliyev Qurban Hüseyn oğlu, Azərbaycan Respublikası Prezidenti Aparatının şöbə müdiri Mirzəyev Osman Mirzəhüseyn oğlu, Azərbaycan Respublikasının Dövlət katibinin köməkçisi Məmmədov Rafiq Məmməd oğlu, Fövqəladə vəziyyət rayonunun komendantı Jinkin Nikolay Vladimiroviç, milis general-mayoru Lukaşov Mixail Dmitriyeviç, polkovnik-leytenant Koçeryov Oleq Nikolayeviç, eləcə də Dağlıq Qarabağ üzrə Milli təhlükəsizlik şöbəsinin rəisi İvanov Sergey Semyonoviç, Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru Plavskin İqor Aleksandroviç, Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili işlər idarəsinin rəisi Kovalyev Vladimir Vladimiroviç, habelə helikopterin uçuş heyətinin 3 üzvü - Kotov Vyaçeslav Vladimiroviç, Dolqov Gennadi Vladimiroviç və Yarovenko Dmitri Borisoviçə ağır dərəcəli müxtəlif bədən xəsarətləri yetirməklə xidməti vəzifələrini icra edən 22 nəfər qəsdən öldürülüb.

    Bununla yanaşı, qeyd olunub ki, 2010-cu il yanvarın 26-da Azərbaycan Respublikasının Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində Füzuli Hərbi Prokurorluğuna məxsus olan “UAZ” markalı, 00-21 HP dövlət qeydiyyat nişanlı avtomobili avtomat konstruksiyalı silahlarla atəşə tutmaqla xidməti vəzifələrini yerinə yetirən Füzuli hərbi prokurorluğunun müstəntiqi Hidayətov Araz Qabil oğluna güllə yarası xəsarəti yetirilib.

    Həmçinin elan edilib ki, cinayətkar birliyin üzvləri tərəfindən hazırlanan ağ rəngli, itə bənzər oyuncağın içərisinə yerləşdirilmiş tələ-mina olan partlayıcı qurğunu Tovuz çayına atmış, 2011-ci il iyulun 14-də həmin çayın Ermənistan Respublikası ilə həmsərhəd olan Tovuz rayonu Əlibəyli kəndindən keçən hissəsinin kənarında oynayan 1999-cu il 15 sentyabr təvəllüdlü - azyaşlı Şahmalıyeva Aygün Zirəddin qızının çaydan sözügedən oyuncağı taparaq marağını cəlb etdiyindən evə gətirib masanın üzərinə qoyarkən yaranmış fiziki təmasla əlaqədar baş vermiş partlayış nəticəsində ətrafa qəlpələrin səpələnməsi ilə Aygün Şahmalıyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    #məhkəmə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    20 İyul 2026 22:35

    "Apple" "OpenAI"yə qarşı məhkəmə iddiası qaldırıb

    11 İyul 2026 19:28

    Marin Le Pen Fransa prezidentliyinə namizəd olacağını açıqlayıb

    7 İyul 2026 22:42

    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

    7 İyul 2026 20:27

    ABŞ məhkəməsi İlon Maskın hansı tələbini rədd edib?

    6 İyul 2026 22:00

    Tramp administrasiyası beynəlxalq məhkəmənin ABŞ vətəndaşları üzərində səlahiyyətini rədd edib

    2 İyul 2026 22:00

    Eyni adlı namizəd mübahisəsi Alyaskada gündəm oldu

    27 İyun 2026 21:32

    Tramp administrasiyası Ali Məhkəmədən nə tələb edir?

    26 İyun 2026 22:04

    Con Bolton məxfi sənədlərlə bağlı günahını etiraf edib

    26 İyun 2026 21:04

    Netanyahunun korrupsiya işi üzrə yeni qərar verildi

    27 May 2026 20:51

    Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

    25 Dekabr 2025 21:02

    İsraildə Netanyahuya qarşı nümayişlər keçirilib

    2 Dekabr 2025 16:20
    XƏBƏR LENTİ

    Türkiyə və İraq neft axınını artırmaq və ticarəti 30 milyard dollara çatdırmaq niyyətindədir

    Şəraanın regional mesajları: İsrail, Livan və İraqla bağlı açıqlamalar necə qiymətləndirilir?

    Nasirin güvəndiyi mühəndis - Yunis Britaniya və Fransanı Süveyş kanalında necə məğlub etdi?

    NASA-nın yaranmasından 68 il keçir: ABŞ kosmos yarışında liderliyə necə yüksəldi?

    Tarixdə bu gün - 29 İyul

    ABŞ ilə danışıqlar planımız yoxdur, Oman vasitəçiliyi ilə təmaslar davam edir - Kazım Qəribabadi

    Çin Qırmızı dənizdə gəmilərinin təhlükəsiz keçidi üçün husilərlə birbaşa danışıqlar aparır

    ABŞ qüvvələri İran blokadası çərçivəsində 18 ticarət gəmisinin istiqamətini dəyişib - CENTCOM

    ABŞ hücumları mühüm infrastruktur obyektlərini sıradan çıxarıb - İran

    Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.