Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ilə regional məsələləri
müzakirə edib.
AzerVoice əmirin mətbuat xidmətinə istinadən
xəbər verir ki, iki ölkə lideri arasında baş tutan telefon danışığı
zamanı, Bakı və Doha arasında ikitərəfli münasibətlər, onların
genişləndirilməsi və inkişaf etdirilməsi yollarını, mühüm regional
və beynəlxalq məsələlər müzakirə edilib.
Əmir həmçinin Azərbaycan Respublikasının Prezidenti ilə Qətər Dövlətinin Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin Çərçivə Konvensiyasında (COP29) iştirakını müzakirə edib.