Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Qırğızıstan Prezidenti COP29-da milli pavilyona baş çəkib

    13 Noyabr 2024 14:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qırğızıstan Prezidenti COP29-da milli pavilyona baş çəkib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Qırğızıstan Prezidenti Sadır Japarov COP29 çərçivəsində milli pavilyona baş çəkib

    AzerVoice xəbər verir ki, 2024-cü il 12-13 noyabr tarixlərində Qırğızıstan lideri Bakıda keçirilən COP29 İqlim Fəaliyyətləri üzrə Liderlər Sammitində iştirak edib.

    Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

    Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

    COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

    COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

    COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

    İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

    #Qırğızıstan #Sadır Japarov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb

    23 İyul 2026 11:42

    Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

    24 İyun 2026 19:59

    Çingiz Aytmatov adına İssık-Kul Beynəlxalq Forumunun 40-cı Yubileyinə start verilib

    19 İyun 2026 10:01

    İran və Pakistanın daxili işlər nazirləri görüşüb - Son gərginliklər fonunda nələr müzakirə olunub?

    5 İyun 2026 13:20

    Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik edib

    4 İyun 2026 19:16

    TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

    3 İyun 2026 16:19

    Qırğızıstan - Fələstin matçı: Gəlirin bir hissəsi Fələstin xalqına dəstək üçün istifadə olunacaq

    2 İyun 2026 16:21

    Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

    17 May 2026 19:55

    “Bakı Marafonu 2026” başlayır

    3 May 2026 10:14

    Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı artıb (ÖZƏL)

    30 Aprel 2026 14:39

    Japarov Moskvada Putinlə ikitərəfli əməkdaşlığı müzakirə edəcək

    23 Aprel 2026 16:05

    Azərbaycan və Qırğızıstan müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini vurğulayıblar

    18 Aprel 2026 22:14
    XƏBƏR LENTİ

    ABŞ hegemon yanaşmasını dəyişməlidir - Əraqçi

    Husilərin yeni hücumlarına görə İran məsuliyyət daşıyacaq - Tramp

    ABŞ–Səudiyyə nüvə sazişi İbrahim Sazişlərinə qoşulmaq şərti ilə mümkün olacaq - Tramp

    Küveytin Əl-Əbdəli sərhəd-keçid məntəqəsi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb

    Avropa İttifaqı husiləri Qırmızı dənizdə hücumları dayandırmağa çağırıb

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya yeni hücumlarını pisləyib

    Husilər HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyanı təbrik ediblər

    Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

    Oman və Pakistan Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

    İsrail ordusu Beyt Furik kəndini bağladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.