Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur
#Sadır Japarov
Qırğızıstan və Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə təsirli nailiyyətlər əldə edir.
Qırğızıstan Prezidenti Sadır Japarov Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. Japarov iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinin, nəqliyyat və digər infrastruktur sahələrinin inkişaf etdirilməsinin, həmçinin birgə investisiya layihələrinin reallaşdırılmasının vacibliyini vurğulayıb.
18 iyun 2026-cı il tarixində İssık-Kul gölünün sahilində keçirilən "Dünya sivilizasiyaların qovşağında: birlikdə gələcəyə" adlı İssık-Kul Beynəlxalq Forumunun tədbirlərinə start verilib. Tədbirin təntənəli açılışı Qırğız Respublikasının Prezidenti, Zati-aliləri cənab Sadır Japarovun iştirakı və salamlama nitqi ilə baş tutub. Forumun moderatoru qismində isə Qırğızıstan Respublikasının dövlət katibi Arslan Koyçiyev çıxış edir.
Qırğız Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib
Qırğızıstan rəhbərinin Rusiyaya işgüzar səfəri başlayıb. Sadır Japarov hazırda Moskvada səfərdədir və Kremlin rəhbəri ilə görüş keçirəcək. Məlumata görə, Qırğızıstan Prezidentinin mətbuat katibi Aскат Alağozov bildirib ki, Japarov Vladimir Putin ilə təkbətək formatda danışıqlar aparacaq.
Qırğızıstan parlamentinin - Joqorku Keneşin sədri Nurlanbek Turğunbek uulu vəzifəsindən öz istəyi ilə ayrıldığını açıqlayıb. O, parlament iclasında çıxışı zamanı bildirib ki, qərar tamamilə şəxsi xarakter daşıyır və ona qarşı hər hansı təzyiq göstərilməyib.Sabiq spiker çıxışında ölkədə sabitliyin qorunmasının vacibliyini qeyd edərək, Prezident tərəfindən başlanmış islahatların başa çatdırılmasının zəruriliyini önə çəkib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirdi.
Qırğızıstan Prezidenti Sadir Japarov bu gün ölkədə keçirilən erkən parlament seçkilərində səs verib. Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclası keçirilib.
Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya + Azərbaycan" formatında 7-ci Məşvərət Görüşü keçirilib.