Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycanda həbsdə olan Fransa casuslarından birinin şəxsiyyəti məlum olub

    8 Yanvar 2024 16:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanda həbsdə olan Fransa casuslarından birinin şəxsiyyəti məlum olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. Onun adı Martin Ryandır.

    AzerPress-in xəbərinə görə, bu barədə erməni əsilli Fransız jurnalist Leo Nicolian 7 yanvar 2024-cü ildə “X” (keçmiş Twitter) sosial platformasındakı rəsmi səhifəsində məlumat verib.

    “Martin Ryan dekabrın 4-də Bakıda həbs edilib. Merkorama MMC-nin baş direktoru Martin Ryan casusluqda ittiham olunur. O, onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib”, - o qeyd edib.

    Fransa vətəndaşı Martin Ryanın 4 dekabrda Fransa kəşfiyyatının xeyrinə casusluğa görə həbs olunmaqla, hazırda Bakıda həbsdə olduğu məlum olur.

    Qeyd edək ki, daha əvvəl Qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.

    Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət edib, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.

    Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələlik rəsmi açıqlama verməyib.

    Məlum olduğu kimi, 2023-cü il dekabr ayının 20-də Fransa Prezidenti Emanuel Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib.

    Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.

    Azərbaycanda həbsdə olan Fransa casuslarından birinin şəxsiyyəti məlum olub
    Azərbaycanda həbsdə olan Fransa casuslarından birinin şəxsiyyəti məlum olub
    Azərbaycanda həbsdə olan Fransa casuslarından birinin şəxsiyyəti məlum olub
    #Azərbaycan #Fransa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Arazda su ehtiyatlarının İranla bölüşdürülməsi üzrə iş rejimi razılaşdırılıb

    11 İyun 2026 14:14

    Zakir Həsənov Pakistana başsağlığı verib

    11 İyun 2026 09:20

    Makron: Misir, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ G7 sammitinə dəvət olunub

    10 İyun 2026 22:31

    Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

    10 İyun 2026 21:41

    Türkiyə səfiri Mərdəkanda Türk şəhidlərinin məzarını ziyarət edib

    10 İyun 2026 20:54

    MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

    10 İyun 2026 17:48

    Azərbaycan və Yaponiya XİN başçılarının görüşündə dəniz təhlükəsizliyinin vacibliyi vurğulanıb

    10 İyun 2026 15:53

    Uşaqların şəxsi məlumatları kommersiya maraqlarına çevrilə bilməz - Əhməd İsmayılov

    10 İyun 2026 15:38

    Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

    10 İyun 2026 14:34

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    9 İyun 2026 23:00

    Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir

    9 İyun 2026 22:41

    Smotriç və digər şəxslər Fransaya daxil ola bilməz

    9 İyun 2026 20:14
    XƏBƏR LENTİ

    İsrail işğal altındakı ərazilərdə məskunlaşmanı genişləndirir: 338 milyon dollarlıq yeni plan gündəmdə

    Bu gecə İranı çox sərt şəkildə vuracağıq - Tramp

    Mədinədə Ömər ibn Xəttabın adını daşıyan nadir qaya yazısı aşkarlandı

    Suriya Xarici İşlər Nazirliyinə kiberhücum: Həssas məlumatların sızdırılması ilə bağlı araşdırma başladıldı

    Tikilən yeni tibbi müəssisə Türkiyəni 1 milyard lirə həcmində idxal xərcindən xilas edəcək - Ərdoğan

    ABŞ-İran münaqişəsinin genişlənməsi bizi ciddi narahat edir - Hakan Fidan

    Böyük Britaniyanın müdafiə naziri istefa verdi

    İsrail Baş nazirinin sözlərinin heç bir çəkisi yoxdur - Numan Kurtulmuş

    Çin ABŞ və İrana müraciət etdi: Müharibəni dayandırın

    Arazda su ehtiyatlarının İranla bölüşdürülməsi üzrə iş rejimi razılaşdırılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.