Digər Xəbərlər

İranın xarici işlər naziri Abbas Əraqçi yapon həmkarı Toşimitsu Motegi ilə ikitərəfli münasibətlər və regional məsələlərlə bağlı telefon danışığı aparıb. Əraqçi söhbət zamanı Motegini yenidən Yaponiya xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Tərəflər siyasi, iqtisadi və ticarət sahələrində mövcud əməkdaşlıq vəziyyətini və əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər. Görüş zamanı Əraqçi həmçinin İranın nüvə proqramı ilə bağlı son proseslərə toxunub və ABŞ ilə üç Avropa ölkəsinin — Böyük Britaniya, Almaniya və Fransanın — bu mövzudakı siyasi mövqelərini və addımlarını şərh edib.

Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ABŞ və Ukrayna arasında aparılan sülh müzakirələrinin “çətin, amma məhsuldar” olduğunu bildirib və bu həftənin diplomatiya baxımından önəmli ola biləcəyini vurğulayıb. Aİ Müdafiə Nazirləri Toplantısı öncəsi jurnalistlərə açıqlama verən Kallas, toplantıda nazirlərlə Ukraynaya verilən dəstək və AB-nin müdafiə sahəsindəki layihələrini müzakirə edəcəyini bildirib.

Banqladeş ölkədəki məhkəmə Britaniyalı millət vəkili və keçmiş nazir Tulip Sidiqin üzərindəki korrupsiya işi üzrə onun barəsində iki il müddətinə həbs hökmü çıxarıb. İş, bir torpaq sahəsinin qanunsuz şəkildə ayrılması ilə bağlıdır. Hökm qiyabi şəkildə elan olunub. Tulip Sidiq, eləcə də onun xalası – Banqladeşin keçmiş baş naziri Şeyx Hasina və Hasinanın bacısı Şeyxa Reyhana məhkəmədə iştirak etməyiblər. Hər üçü iş üzrə ittiham olunan şəxslər siyahısında yer alır.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) yüksək rütbəli sözçüsü bildirib ki, İsrail rejimi hər hansı yeni təcavüz aktına daha “ciddi” cavab alacaq. İİKK sözçüsü və ictimaiyyətlə əlaqələr üzrə müavini briqada generalı Əli Məhəmməd Nəyini bu açıqlamaları İranın Tabarestan televiziya kanalında verib.“Düşmənin yeni məqsədi yoxdur və səhvlərini təkrarlamaq imkanına malik deyil”, – Nəyini deyib.

ABŞ Dövlət Katibi Marko Rubio Ukraynada münaqişənin sona çatdırılması üçün hazırlanan sülh planı ilə bağlı mühüm irəliləyiş əldə edildiyini, lakin hələ görüləcək işlərin çox olduğunu bildirib. Rubio, Florida ştatında Ukrayna heyəti ilə görüşərək Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni bitirmək məqsədilə hazırlanan sülh planı üzrə danışıqlar aparıb. Görüşdən sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla mətbuat konfransında danışan Rubio, verimli bir müzakirə keçirdiklərini qeyd edib.

ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem, məhkəmə qərarına baxmayaraq, Venezuelalı miqrantların El Salvadora deportasiyası əmri verdiyini təsdiqləyib.NBC News-un “Meet the Press” proqramına müsahibəsində Noem bildirib ki, deportasiya uçuşlarının davam etdirilməsi qərarı onun öz səlahiyyətindədir. “Noem bildirib ki, deportasiya qərarlarının harada və nə vaxt icra olunacağı Daxili Təhlükəsizlik Nazirliyində mənim səlahiyyətimdədir. Təhlükəli cinayətkarların ölkədən çıxarılmasını təmin etmək üçün doğru olanı etməyə davam edəcəyik”, – deyə o qeyd edib.

İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin əməliyyat üzrə müavini, briqada generalı Rza Xace, İran qüvvələrinin İsrail rejimi ilə 12 günlük müharibədə 196 düşmən təyyarəsi və dronunu vurduğunu açıqlayıb. O, bu müharibəni NATO və Qərb texnologiyası ilə birbaşa qarşıdurma kimi xarakterizə edib. Xace bildirib ki, hava müdafiəsi şəbəkəsi, həm Ordu, həm də İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bölmələrini əhatə etməklə, heç dayanmadan fəaliyyət göstərib. O əlavə edib ki, müharibədə ən azı 33 ölkə İsrailə yardım edib.

İndoneziyanın Sumatra Adasında şiddətli yağışlar nəticəsində baş verən sel və torpaq sürüşməsində həyatını itirənlərin sayı 248-ə yüksəlib. İndoneziya Fəlakətlə Mübarizə Agentliyinin açıqlamasına görə, xilasetmə komandaları daha çox meyitə çatıb və yaralananların sayı 500-dən çoxdur. Yol qapanmaları səbəbindən bəzi ərazilərə çatmaq mümkün olmadığından ölü sayının daha da arta biləcəyi bildirilir. Agentlik həmçinin bildirir ki, binlərlə ev və tikili sular altında qalıb, minlərlə ailə evini tərk etməli olub. Dəmir yolları, körpülər, düyü tarlaları, heyvanlar və ictimai obyektlər də sellərin zərbəsindən təsirlənib.

Papa XIV Leo, Türkiyə səfəri çərçivəsində İstanbuldakı Sultanahmet Məscidini ziyarət edib. Papa XIV Leoya Turizm naziri Mehmet Nuri Ersoy və ziyarət heyəti müşayiət edib. Ziyarət öncəsi bölgədə geniş təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilib. Rəsmi ziyarətini Türkiyə Cumhurbaşkanı Recep Tayyip Ərdoğanın dəvəti ilə həyata keçirən Papa XIV Leo, gecəni Şişlidəki Saint Esprit Katedralinde keçirib. Şənbə günü üçün planlanan görüşlərinin ilk məkanı Sultanahmet Məscidi olub.

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasla cümə günü telefon danışığı aparıb. Danışıqlarda İran–Aİ münasibətləri, regional və beynəlxalq məsələlər, xüsusilə də İsrail rejiminin bölgədəki fəaliyyətləri müzakirə olunub. Əraqçi İsrail rejiminin işğal altındakı Fələstin ərazilərində və Livanda davam edən hərbi hücumlarını beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib. O bildirib ki, bu cinayətkar fəaliyyətlərin miqyası və davamlılığı beynəlxalq ictimaiyyətin rejimin addımlarına qarşı təsirli tədbirlər görmək məsuliyyətini daha da artırır.

Taylandın cənub bölgələrində güclü yağışların törətdiyi sel fəlakətində ölənlərin sayı 145-ə yüksəlib. Bu barədə hökumət sözçüsü Siripong Angkasakulkiat məlumat verib. Angkasakulkiatın sözlərinə görə, ölənlərin 100-dən çoxu Songkhla əyalətində qeydə alınıb. O bildirib ki, sel sularının çəkilməsi davam edir və axtarış-xilasetmə qrupları daha çox bölgəyə daxil ola bilir. Taylandın Təbii Fəlakətlərlə Mübarizə və İdarəetmə Departamenti ölkənin cənubundakı 12 əyalətdə təxminən 1,2 milyon ev təsərrüfatının və 3,6 milyon nəfərin sel fəlakətindən təsirləndiyini açıqlayıb.

Papa XIV Leo Türkiyəyə səfəri çərçivəsində ölkənin kiçik Katolik icmasına dəstək verib və xristian kilsələri arasında birlik məsələlərinə diqqət çəkib. Bu, onun Türkiyəyə ilk rəsmi səfəridir. Papa XIV Leo İstanbulda Müqəddəs Ruh Katedralinə gələrək Türkiyədəki katolik ruhaniləri və rahibələrlə birgə dua mərasimində iştirak edib. Səfərin əsas məqsədi xristian tarixinin ən önəmli hadisələrindən biri olan — 325-ci ildə keçirilmiş və Nika Kredo bəyannaməsinin qəbul edildiyi Nika Məclisinin 1700-cü ildönümünün qeyd olunmasıdır.