Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    ABŞ Venesuelalı miqrantları deportasiya edəcək

    1 Dekabr 2025 10:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ Venesuelalı miqrantları deportasiya edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem, məhkəmə qərarına baxmayaraq, Venezuelalı miqrantların El Salvadora deportasiyası əmri verdiyini təsdiqləyib.

    AzerVoice xəbər verir ki, NBC News-un “Meet the Press” proqramına müsahibəsində Noem bildirib ki, deportasiya uçuşlarının davam etdirilməsi qərarı onun öz səlahiyyətindədir.

    “Noem bildirib ki, deportasiya qərarlarının harada və nə vaxt icra olunacağı Daxili Təhlükəsizlik Nazirliyində mənim səlahiyyətimdədir. Təhlükəli cinayətkarların ölkədən çıxarılmasını təmin etmək üçün doğru olanı etməyə davam edəcəyik”, – deyə o qeyd edib.

    Məhkəmə əmrinə qarşı çıxıb-çıxmadığı soruşulduqda, Noem “Xeyr” cavabını verib və hakimlərin “aktivistlik etdiyini və radikal qərarlar verdiyini” iddia edib.

    Ədliyyə Nazirliyi rəsmiləri isə bildirib ki, 26 noyabrda federal hakim tərəfindən ilin əvvəlində verilmiş, Tren de Aragua çetəsi üzvü olduğu iddia edilən Venezuelalı kişilərin El Salvadora deportasiyasını dayandırmaq əmrinə əməl etməyən şəxs Kristi Noem olub.

    ABŞ-da Federal Apellyasiya Məhkəməsi sentyabr ayında Donald Tramp administrasiyasının Tren de Aragua çetəsi üzvü olmaqla ittiham etdiyi miqrantları deportasiya etmək üçün yalnız müharibə dövrlərində tətbiq olunan “Xarici Düşmənlər Qanunu”ndan istifadə edə bilməyəcəyinə qərar vermişdi.

    Tramp administrasiyası, MS-13 (El Salvador köklü) və Tren de Aragua (Venezuela köklü) çetələrini “xarici terror təşkilatları” siyahısına əlavə etmişdi.

    Tramp, qeyri-qanuni miqrantlarla mübarizə çərçivəsində, bu çetələrlə əlaqəli olduğu iddia edilən miqrantların deportasiyasını sürətləndirmək üçün yalnız müharibə dövrlərində istifadə olunan “Xarici Düşmənlər Qanunu”nu işə salmışdı. Tramp administrasiyası həmçinin MS-13 və Tren de Aragua üzvlərini El Salvador həbsxanalarına göndərmişdi.

    İki ölkə arasında gərginlik davam edir. Tramp sosial şəbəkədə paylaşım edərək, ABŞ ordusunun donanma qüvvələrinin Venezuela açığında Tren de Aragua çetəsinə qarşı əməliyyat həyata keçirdiyini açıqlamış, Venezuela isə həmin əməliyyat videosunun “böyük ehtimalla” süni intellekt vasitəsilə hazırlandığını iddia etmişdi.

    #Venesuela #Venesuelalı miqrantlar #miqrant əməliyyatı və miqrant qaçaqçılığı #qanunsuz deportasiya #ABŞ-da deportasiya planı #ABŞ Venesuela gəmilər #ABŞ Venesuela əməliyyatı #Venesuela–ABŞ gərginliyi #ABŞ Venesuela hərbi müdaxilə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    31 Avqust 2026 09:37

    ABŞ Venesuelanın nəhəng neft ehtiyatlarına sahib çıxmağa hazırlaşır?

    28 Avqust 2026 10:41

    Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib

    31 İyul 2026 22:17

    Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 333 nəfərə çatıb

    11 İyul 2026 22:35

    ABŞ rəsmiləri Maria Korina Maçadonun Venesuelaya qayıdış planından narazıdır

    27 İyun 2026 20:19

    Venesuela zəlzələ bölgəsinə 1600 xarici xilasedici cəlb edib

    27 İyun 2026 19:41

    Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 589-a çatıb

    26 İyun 2026 17:50

    25 ölkədən minlərlə insan Venesuelaya gedir

    26 İyun 2026 15:37

    Kanada Venesuelaya humanitar yardım göndərəcəyini açıqlayıb

    25 İyun 2026 22:46

    Antonio Quterreş Venesuelaya BMT-nin dəstəyini vəd edib

    25 İyun 2026 22:29

    Edmundo Qonzales beynəlxalq ictimaiyyətə çağırış edib

    25 İyun 2026 22:01

    Venesuelada azı 250 bina dağılıb və ya ciddi zədələnib

    25 İyun 2026 21:53
    XƏBƏR LENTİ

    ŞƏT “Şanxay beşliyi”ndən iri beynəlxalq təşkilata qədər böyük yol keçib - Tokayev

    Qətərdə ticari əməliyyatların 86 faizi elektron icra olunub -Ticarət və Sənaye Nazirliyi

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    Prezident İlham Əliyev azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib

    Prezident İlham Əliyev: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur

    Prezident İlham Əliyev Peter Pelleqriniyə məktub ünvanlayıb

    Ula və Xeybərdə medalyon formalı daş sərdabələr tapıldı (FOTO)

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    Kərim Benzema karyerasını başa vurmağa hazırlaşır

    "Arabian Drilling"dən 800 milyon dollarlıq saziş: 11 qazma qurğusu işə düşür

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.