Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Torpaq korrupsiyası işi: Britaniyalı deputat Tulip Sidiq Banqladeşdə məhkum edildi

    1 Dekabr 2025 13:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Torpaq korrupsiyası işi: Britaniyalı deputat Tulip Sidiq Banqladeşdə məhkum edildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Banqladeş ölkədəki məhkəmə Britaniyalı millət vəkili və keçmiş nazir Tulip Sidiqin üzərindəki korrupsiya işi üzrə onun barəsində iki il müddətinə həbs hökmü çıxarıb. İş, bir torpaq sahəsinin qanunsuz şəkildə ayrılması ilə bağlıdır.

    AzerVoice xəbər verir ki, hökm qiyabi şəkildə elan olunub. Tulip Sidiq, eləcə də onun xalası – Banqladeşin keçmiş baş naziri Şeyx Hasina və Hasinanın bacısı Şeyxa Reyhana məhkəmədə iştirak etməyiblər. Hər üçü iş üzrə ittiham olunan şəxslər siyahısında yer alır.

    Yerli məlumatlara əsasən, məhkəmə Hasinanı beş il, Reyhananı isə yeddi il həbs cəzasına məhkum edib.

    Xatırladaq ki, 2024-cü ilin avqustunda kütləvi hökumət əleyhinə etirazların fonunda Hindistana qaçan Şeyx Hasina ötən ay nümayişçilərə qarşı tətbiq olunmuş zorakılığa görə ölüm cəzasına məhkum edilmişdi. Bir neçə gün əvvəl isə ona digər korrupsiya işləri üzrə 21 il müddətinə həbs hökmü verilmişdi.

    Prokurorluq bildirib ki, torpaq sahəsi yüksək vəzifəli rəsmilərlə əlbir olaraq siyasi nüfuzdan sui-istifadə yolu ilə qanunsuz şəkildə ayrılıb. İttihama görə, üç qadın – Hasina, Reyhana və Tulip Sidiq – Hasinanın baş nazir olduğu dövrdə təxminən 13 610 kvadrat futluq torpaq sahəsini əldə etmək üçün öz səlahiyyətlərindən istifadə ediblər.

    İttiham olunan 17 nəfərin əksəriyyəti hökm oxunarkən məhkəmədə iştirak etməyib.

    Tulip Sidiq isə bu ittihamları əvvəlcədən rədd edərək onların “siyasi motivli qaralama kampaniyası” olduğunu bildirib. O, 2024-cü ilin yanvarında Böyük Britaniyada maliyyə xidmətləri və korrupsiyaya qarşı mübarizə üzrə məsul nazir postundan Hasina ilə maliyyə əlaqələri ilə bağlı yoxlamaların fonunda istefa vermişdi.

    Hazırda Britaniya ilə Banqladeş arasında ekstradisiya müqaviləsi mövcud deyil.

    #Banqladeşdə Tulip Sidiqin korrupsiya işi və həbs hökmü #Tulip Sidiq və Şeyx Hasina Banqladeş torpaq qalmaqalı #Banqladeş məhkəməsi britaniyalı deputatın siyasi korrupsiya işi #Banqladeşdə yüksək vəzifəli rəsmilərin torpaq sui-istifadəsi #Tulip Sidiq Britaniyalı deputat Banqladeş ekstradisiya məsələsi #Şeyx Hasina və Reyhana Banqladeşdə məhkəmə və həbs hökmü #Banqladeş məhkəməsi #Tulip Sidiq həbs cəzası #Banqladeş torpaq sui-istifadəsi #Kütləvi etiraz və hüquqi nəticələr #Yüksək vəzifəli rəsmilər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Baş katibi diplomatik həll yolunu necə izah edib?

    11 İyun 2026 22:15

    Air Canada Tel-Əviv və Dubaya uçuşları 24 oktyabra qədər ləğv edib

    11 İyun 2026 20:01

    Brent xam neftinin qiyməti 92,43 dollar olub

    10 İyun 2026 21:46

    Cəmi 185 milyon barel xam neft Avropaya daşınıb

    10 İyun 2026 21:26

    Hörmüz boğazının bağlanması məsələsi hərbi yox, siyasi həll tələb edir

    10 İyun 2026 20:09

    Aİ Rusiya Pravoslav Kilsəsinin lideri Patriarx Kirilli sanksiya siyahısına əlavə edib

    10 İyun 2026 11:13

    BMT baş katibi bildirir ki, İranda, Livanda və Qəzzada atəşkəs tam şəkildə təmin edilməlidir

    9 İyun 2026 20:51

    Emirates regional gərginliyə baxmayaraq reysləri azaltmayacaq

    9 İyun 2026 19:22

    Dünyanın ən böyük nüvə arsenalına malik ölkələri açıqlanıb

    8 İyun 2026 22:10

    Trampın müraciətindən sonra yeni qərar verildiyi bildirilir

    8 İyun 2026 20:07

    Kallas tərəfləri yenidən danışıqlar masasına qayıtmağa çağırıb

    8 İyun 2026 19:45

    Avropa İttifaqı hansı yeni sanksiyalar tətbiq edib?

    8 İyun 2026 19:11
    XƏBƏR LENTİ

    Alberta əyaləti Kanadadan niyə ayrılmaq istəyir? Trampın bununla nə əlaqəsi var?

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan XİN arasında mədəni irsin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb

    İstanbulda Axıska türklərinin deportasiyasına həsr olunmuş sərgi açılır

    Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb

    Oman BMT-də soyqırım və zorakılığa təhrikə qarşı “Məskət Fəaliyyət Planı”-nı təqdim edib

    Prezident İlham Əliyev Vladimir Putini təbrik edib

    TANAP-la indiyədək nəql edilmiş qazın həcmi açıqlanıb

    Ərdoğandan partiya rəhbərliyinə göstəriş: “CHP-ni kənara qoyun, əsas məsələ terrorsuz Türkiyədir”

    Şimali Kipr BMT-yə etiraz edib - İcazəsiz fəaliyyət qəbuledilməzdir

    Azərbaycan Rusiyanı təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.