Digər Xəbərlər

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin müharibə istəmədiyini lakin istənilən ssenariyə, o cümlədən ədalətli danışıqlara hazır olduğunu bildirib. İran dövlət televiziyasının məlumatına görə, Əraqçi Tehrandakı xarici səfirlər və missiya rəhbərləri qarşısında çıxış edərkən ölkədə davam edən etiraz aksiyalarını qiymətləndirib. Nazir nümayişlərin dinc şəkildə başladığını, lakin sonradan xarici güclərin müdaxiləsi ilə zorakılığa çevrildiyini iddia edib.

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim edən bir paylaşım edib. Tramp özünə məxsus Truth Social platformasında Vikipedia məlumatlarına bənzədilmiş bir vizual paylaşıb. Həmin şəkildə Trampın fotosunun altında "Venesuelanın müvəqqəti prezidenti" ifadəsi yer alıb. ŞƏkildə həmçinin "2026-cı ilin yanvarından etibarən vəzifədədir" qeydi və vitse-prezident qismində Ceyms Devid Vensin adı qeyd olunub.

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Xarici İşlər Nazirliyi tərəfindən Cənubi Kipr Rum Administrasiyasının (CKRA) Avropa İttifaqı (Aİ) Şurasına dövr sədrliyi ilə bağlı yayımlanan açıqlamada bildirilib ki, Aİ rəsmilərinin Kipr türk xalqını görməzdən gələn qərəzli mövqeyi davam etdikcə, onların xalq arasında etibar qazanması mümkün deyil. Türk Ajansı Kıbrıs (TAK) agentliyinin məlumatına görə, ŞKTC Xarici İşlər Nazirliyi CKRA-nın Aİ Şurasına dövr sədrliyi ilə bağlı mövqeyinə dair açıqlama yayıb.

Fransanın Baş naziri Sebastien Lekornu hökumətin süqutu halında erkən ümumi seçkilər ehtimalına hazırlıq görülməsi üçün Daxili İşlər naziri Loran Nunezə tapşırıq verib. Fransada 15–22 mart tarixlərində keçiriləcək bələdiyyə seçkiləri ilə eyni vaxtda erkən ümumi seçkilərin də təşkil olunması ehtimalı yaranıb. İctimai yayımçı Franceinfonun məlumatına görə, hakimiyyət düşərgəsindən adının açıqlanmasını istəməyən mənbə Lekornunun Nunezə bələdiyyə seçkiləri ilə eyni tarixdə mümkün ümumi seçkilərə hazırlıq görülməsi barədə göstəriş verdiyini bildirib.

İran ordusu ölkədə artan zorakılıq hadisələri fonunda “milli maraqları qoruyacağıq” mesajını verib. İran dövlət televiziyasının məlumatına görə, İran ordusu ölkədə baş verən etiraz aksiyaları və son dövrdə artan zorakılıq halları ilə bağlı açıqlama yayıb. Açıqlamada İran xalqının birlik və həmrəylik içində hərəkət etməsinin vacibliyi vurğulanıb, İran ordusunun digər silahlı qüvvələrlə birlikdə “milli maraqları, strateji infrastrukturu və dövlət əmlakını qətiyyətlə qoruyacağı” bildirilib.

Rəqəmsal valyutalar yüksək riskli aktivlər kimi tanınır və 2025-ci ilin son rübündə bitkoinin kəskin dalğalanması bu reallığı bir daha ön plana çıxarıb. Oktyabrda qiymət rekord hədlərə – təxminən 126 min dollar səviyyəsinə yüksəldiyi halda, dekabrda 86 min dollardan aşağı enərək ciddi korreksiya mərhələsinə daxil olub. Analitiklərin qiymətləndirməsinə görə, enişin əsas fonunu iki xətt formalaşdırıb: qlobal likvidliyin azalması və ABŞ Federal Ehtiyat Sisteminin sərt pul-kredit xətti. Qlobal likvidlik genişləndikdə bitkoinin yüksəlişə meylli, likvidlik sıxıldıqda isə zəifləyən dinamika göstərməsi son aylarda daha aydın hiss olunub.

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen, Aİ Şurasının sədri Antonio Costa ilə birlikdə Suriyanın paytaxtı Dəməşq şəhərinə etdikləri ilk səfər zamanı ölkənin yenidən qurulması və bərpa prosesi çərçivəsində Suriyaya dəstək verəcəkləri mesajını verib. Von der Leyen və Costa Şamda Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüşdən sonra açıqlama ilə çıxış ediblər.

İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) ölkədə iqtisadi çətinliklər səbəbindən başlayan etirazlarda ölənlərin sayının 42-yə yüksəldiyini açıqlayıb. ABŞ mərkəzli HRANA-nın saytında yayımlanan məlumata görə, 12 gündür davam edən etirazlar İranın 31 əyalətində baş verib. Bu müddət ərzində 5-i 18 yaşından kiçik olmaqla 34 etirazçı və təhlükəsizlik qüvvələrindən 8 nəfər həyatını itirib. Ümumilikdə 2 277 nəfər saxlanılıb. Yaralanmaların əksəriyyəti isə saçma və plastik mərmilərdən qaynaqlanıb.

Dekabr ayının sonlarında başlayan etiraz aksiyaları cümə axşamı etibarilə İranın 31 əyalətinin hamısına yayılıb. Paytaxt Tehranla yanaşı, Kirmanşah, Abadan, Təbriz və Şiraz kimi böyük şəhərlərdə minlərlə insan küçələrə çıxıb. Norveç mərkəzli İran İnsan Haqları (IHR) təşkilatı etirazların başladığı gündən bəri təhlükəsizlik qüvvələri tərəfindən azı 45 etirazçının, o cümlədən 8 uşağın öldürüldüyünü açıqlayıb.

ABŞ Dövlət Departamenti Somaliyə yönəlik bütün yardımların dayandırıldığını açıqlayıb. Departamentin yazılı açıqlamasında bildirilir ki, “Somali Federal Hökuməti’ne birbaşa və ya dolayı yolla fayda verən bütün ABŞ yardım proqramları dayandırılmışdır.” Açıqlamada həmçinin vurğulanır ki, bu addım, Somali hökumətinin “qəbul edilməz hərəkətləri” nəticəsində atılıb və yardımların davam etməsi Somali hökumətinin zəruri islahat və düzəlişləri həyata keçirməsinə bağlıdır.

ABŞ-li senator Lindsi Qrem çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Tramp “ucuz Rusiya neftinin alınmasına” qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Senator Qrem Tramp ilə keçirdiyi görüşdən sonra ABŞ mərkəzli X şirkətinin sosial media platformasındakı hesabında paylaşım edib.“Çox məhsuldar bir görüşdən sonra (Tramp) aylardır senator Blumental və bir çox digər şəxslərlə birlikdə üzərində çalışdığım iki partiyalı Rusiya sanksiyaları layihəsini təsdiqlədi.” - deyə Qrem vurğalayıb.

İranın paytaxtı Tehranda İsrail xeyrinə casusluqda ittiham olunan Əli Ərdəstani edam edilib. Ali Məhkəmənin təsdiqi və bütün hüquqi prosedurların icrasından sonra Ərdəstaninin Mossadın xeyrinə casusluq etməsi və ölkə ilə bağlı həssas məlumatları xaricə ötürməsi ittihamı üzrə çıxarılan edam hökmü icra olunub. Onilliklərdir İran ilə İsrail arasında davam edən gizli qarşıdurma fonunda Tehran indiyədək Mossad ilə əlaqədə ittiham olunan bir sıra şəxsləri edam edib.