Digər Xəbərlər

“Bloomberg” agentliyi diplomatik mənbələrə istinadən xəbər verir ki, ABŞ və İran tərəfləri mövcud atəşkəsin daha iki həftə müddətinə uzadılmasını müzakirə edirlər. Mənbənin sözlərinə görə, bu addım tərəflərə sülh sazişi üzərində danışıqları davam etdirmək üçün əlavə vaxt qazandırmaq məqsədi daşıyır. Məlumatda qeyd olunur ki, İslamabadda başlayan birbaşa danışıqlar hələ ilkin mərhələdədir və tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Buna baxmayaraq, müvəqqəti atəşkəsin uzadılması həm regional sabitlik, həm də enerji bazarlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Hörmüz boğazını blokadaya almaq cəhdini təhlükəli və məsuliyyətsiz addım kimi qiymətləndirib. Nazirliyin sözçüsü Quo Ciakun Pekində keçirilən mətbuat konfransında bildirib ki, tərəflər arasında müvəqqəti atəşkəs qüvvədə olduğu bir vaxtda ABŞ-ın hərbi gücünü artırması və boğazı hədəf alması gərginliyi daha da yüksəldir. Sözçü vurğulayıb ki, bu addım yalnız qarşıdurmanı dərinləşdirir və regionda onsuz da kövrək olan atəşkəs rejimini təhlükə altına qoyur.

Böyük Britaniya Müdafiə Nazirliyi açıqlayıb ki, ABŞ Mərkəzi Komandanlığında iki hərbi plançı yerləşdirilib. Nazirliyin məlumatına görə, bu addım Hörmüz boğazının müharibədən sonrakı dövrdə təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyətə malikdir. Qlobal neft tədarükünün böyük hissəsi bu dar su yolundan keçir. Son müharibə bölgədə gərginliyi artırdığı üçün beynəlxalq ictimaiyyət boğazın açıq və təhlükəsiz qalmasının vacibliyini vurğulayır.

İtaliyanın Baş naziri Giorgia Meloni bazar ertəsi günü ABŞ Prezidenti Donald Trampın Papa XIV Leonu tənqid etməsini "qəbulolunmaz" adlandıraraq pisləyib. Meloni etdiyi açıqlamada Papanın Katolik kilsəsinin rəhbəri olduğunu və onun sülhə çağırış edərək müharibənin bütün formalarını qınamasının tamamilə normal olduğunu bildirib. Bu bəyanat Tramp və Avropa liderləri arasında körpü rolunu oynamağa çalışan Meloninin ABŞ prezidentinə qarşı nadir sərt çıxışlarından biri kimi qiymətləndirilir.

İsrail hökuməti bazar ertəsi günü İtaliyanın ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi etirazını bildirib. Diplomatik gərginliyə səbəb İtaliyanın Xarici İşlər naziri Antonio Tayaninin Beyruta səfəri zamanı İsrailin hərbi fəaliyyətlərini sərt dildə tənqid etməsidir. Nazir Tayani Livan rəsmiləri ilə görüşü zamanı İsrailin mülki əhaliyə yönəlmiş hücumlarını "qəbulolunmaz" adlandırıb və İtaliyanın Livan xalqı ilə həmrəy olduğunu vurğulayıb. O, sosial şəbəkə hesabında paylaşım edərək Qəzzada baş verən humanitar fəlakətin Livanda təkrarlanmaması üçün tərəfləri dialoqa və dərhal atəşkəsə çağırıb.

"MS Now" şəbəkəsinin NATO rəsmisinə istinadən verdiyi məlumata görə, Böyük Britaniya Hörmüz boğazının yenidən açılmasını təmin etmək məqsədilə 40-dan çox dövlətin daxil olduğu genişmiqyaslı hərbi-siyasi koalisiyaya rəhbərlik edir. NATO rəsmisi vurğulayıb ki, qlobal enerji təhlükəsizliyi və dəniz ticarətinin bərpası üçün strateji əhəmiyyət kəsb edən bu su yolunun dərhal açılması qaçılmazdır:

Finlandiya Prezidenti Aleksandr Stubb Yaxın Şərqdəki gərginlik və İranın dəniz strategiyası ilə bağlı kəskin xəbərdarlıq edib. Prezident İranın Hörmüz boğazı üzərindəki nəzarətinin qlobal təhlükəsizlik üçün yaratdığı təhdidi nüvə silahı ilə müqayisə edib. Aleksandr Stubb bildirib ki, Tehranın bu mühüm su yolu üzərindəki təsiri artıq sadəcə bir coğrafi üstünlük deyil:

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına daxil olan və bu limanlardan çıxan bütün gəmilərə qarşı dəniz blokadasına başlayıb. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ hərbi dəniz donanmasının Hörmüz boğazına daxil olmağa və ya boğazdan çıxmağa çalışan bütün gəmilərin blokadaya alınması prosesinə başlayacağını bəyan etmişdi.