Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    İran və ABŞ-a atəşkəs planı təqdim olunub: Hörmüz boğazının açılması gündəmdə

    6 Aprel 2026 12:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran və ABŞ-a atəşkəs planı təqdim olunub: Hörmüz boğazının açılması gündəmdə
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    İran və ABŞ arasında davam edən gərginliyin dayandırılması istiqamətində yeni diplomatik təşəbbüs irəli sürülüb.

    VOA xəbər verir ki, Pakistan tərəfindən hazırlanmış və tərəflərə təqdim olunan plan dərhal atəşkəsin elan edilməsini və sonradan geniş razılaşmanın əldə olunmasını nəzərdə tutur.

    Məlumata görə, iki mərhələli yanaşmanı ehtiva edən təklifə əsasən, ilkin mərhələdə dərhal atəşkəs qüvvəyə minməli, daha sonra isə 15–20 gün ərzində hərtərəfli razılaşma üzərində danışıqlar aparılmalıdır. Planın eyni zamanda Hörmüz boğazının yenidən açılmasını təmin etməsi nəzərdə tutulur.

    Bildirilir ki, təklif Pakistan vasitəsilə tərəflərə təqdim olunub və ilkin razılaşmanın elektron formada memorandum kimi rəsmiləşdirilməsi planlaşdırılır. Danışıqlarda Pakistanın əsas vasitəçi kimi çıxış etdiyi qeyd olunur.

    Mənbələrə əsasən, Pakistan ordusunun başçısı Asim Munir ABŞ-ın vitse-prezidenti JD Vens, xüsusi nümayəndə Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə intensiv təmaslar aparıb.

    Qeyd olunur ki, müzakirə olunan razılaşma çərçivəsində İranın nüvə proqramı ilə bağlı öhdəliklər götürməsi, əvəzində isə sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərin azad edilməsi nəzərdə tutulur.

    Bununla belə, İran tərəfinin hələlik təklifə rəsmi cavab vermədiyi bildirilir.

    Son diplomatik təşəbbüs Hörmüz boğazında gərginliyin artması və qlobal enerji bazarlarına təsirlə bağlı narahatlıqlar fonunda gündəmə gəlib.

    #İran #ABŞ #Pakistan #Abbas Əraqçi #Stiv Uitkoff #Cey Di Vens
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    2 Sentyabr 2026 22:06

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    2 Sentyabr 2026 21:37

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    2 Sentyabr 2026 20:28

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    2 Sentyabr 2026 19:53

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    2 Sentyabr 2026 19:18

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.