ABŞ-ın Virciniya ştatında yerləşən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda 2025-ci il 28 dekabr tarixində başlayan etiraz aksiyalarında həlak olanların sayının 7 min 2 nəfərə çatdığını açıqlayıb. Məlumata görə, ölkənin müxtəlif bölgələrində keçirilən aksiyalar zamanı 52 min 941 nəfər saxlanılıb. Ölənlər arasında 214 təhlükəsizlik əməkdaşının da olduğu bildirilir. HRANA əlavə 11 min 730 hadisənin araşdırıldığını qeyd edib. Agentlik daha əvvəl ölənlərin sayını 6 min 984 nəfər olaraq açıqlamışdı.
#İranda etirazların qurbanları: HRANA məlumatları nə qədər etibarlıdır
ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) xəbər verib ki, iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı 5 min 137-ə yüksəlib. HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 27 min 797 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən toqquşmalarda 208 təhlükəsizlik işçisi daxil olmaqla 5 min 137 nəfər həyatını itirib.
ABŞ-da fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İrandakı iqtisadi böhran fonunda başlayan kütləvi aksiyalarda insan itkisinin kəskin artdığını açıqlayıb. Agentliyin son hesabatına görə, ölkənin bir çox bölgəsində baş verən hadisələr nəticəsində həyatını itirənlərin sayı 4 min 29 nəfərə yüksəlib. Həlak olanlar arasında 180 təhlükəsizlik əməkdaşının da olduğu bildirilir.
İranda iqtisadi çətinliklər və yerli valyutanın dəyər itirməsi səbəbindən başlayan etiraz aksiyalarında həyatını itirənlərin sayı 3 min 919 nəfərə yüksəlib. ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) etirazlarla bağlı son hesabatını açıqlayıb. Məlumata görə, ölkənin müxtəlif şəhərlərində baş verən hadisələr zamanı indiyədək 24 min 669 nəfər saxlanılıb. Agentlik qeyd edib ki, yalnız son bir gündə təsdiqlənmiş ölüm hallarının sayı 3 min 308-dən sürətlə artaraq hazırkı həddə çatıb. Xatırladaq ki, etirazlar 2025-ci ilin dekabrında Tehranda başlayaraq qısa müddətdə ölkə boyu genişlənib və yanvarın 8-də paytaxtda toqquşmaların şiddətlənməsi ilə nəticələnib.
İranda iqtisadi vəziyyətin pisləşməsi fonunda başlayan etirazlar ölkədə siyasi böhranı dərinləşdirib və beynəlxalq miqyasda ciddi mübahisələrə yol açıb. Etiraz aksiyaları 2025-ci ilin dekabr ayının sonlarında başlayaraq tədricən İranın 1979-cu il İslam İnqilabından bəri hakimiyyətdə olan dini rəhbərliyinə qarşı daha geniş çağırışlara çevrilib. ABŞ prezidenti Donald Trampın Vaşinqtonun İranda etirazçılara qarşı sərt tədbirlər görüləcəyi təqdirdə hərbi müdaxilə edə biləcəyi ilə bağlı açıqlamaları ABŞ-İran münasibətlərində gərginliyi daha da artırıb.