#İran hökumət əleyhinə etirazlar

ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) xəbər verib ki, iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı 5 min 137-ə yüksəlib. HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 27 min 797 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən toqquşmalarda 208 təhlükəsizlik işçisi daxil olmaqla 5 min 137 nəfər həyatını itirib.

İranda hökumət əleyhinə etirazların davam etdiyi bir vaxtda Liviyanın devrilmiş lideri Muammər Qəddafinin qızı Ayşə Qəddafinin illər əvvəl İran xalqına ünvanladığı xəbərdarlıq yenidən gündəmə gəlib. Onun sözlərinə görə, atasının nüvə və raket proqramlarından imtina etməsi Liviyanı qorumaq əvəzinə ölkəni xarici hərbi müdaxiləyə açıq hala gətirib.