ABŞ-ın Virciniya ştatında yerləşən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda 2025-ci il 28 dekabr tarixində başlayan etiraz aksiyalarında həlak olanların sayının 7 min 2 nəfərə çatdığını açıqlayıb. Məlumata görə, ölkənin müxtəlif bölgələrində keçirilən aksiyalar zamanı 52 min 941 nəfər saxlanılıb. Ölənlər arasında 214 təhlükəsizlik əməkdaşının da olduğu bildirilir. HRANA əlavə 11 min 730 hadisənin araşdırıldığını qeyd edib. Agentlik daha əvvəl ölənlərin sayını 6 min 984 nəfər olaraq açıqlamışdı.
#ABŞ–İran qarşıdurması fonunda etirazlar səngimir
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İran ordusunun Hörmüz boğazında keçirməyi planlaşdırdığı hərbi atış fəaliyyəti öncəsi təhlükəsizlik xəbərdarlığı yayıb. Bildirilib ki, İran İnqilab Keşikçiləri Korpusu tərəfindən elan edilən dəniz təlimləri beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyini riskə atmadan, peşəkar və məsuliyyətli şəkildə həyata keçirilməlidir.
ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) xəbər verib ki, iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı 5 min 137-ə yüksəlib. HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 27 min 797 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən toqquşmalarda 208 təhlükəsizlik işçisi daxil olmaqla 5 min 137 nəfər həyatını itirib.
ABŞ Prezidenti Donald Tramp 13 yanvar, çərşənbə axşamı kütləvi etirazlar fonunda İrana hücum əmrini vermək niyyətində olub, lakin son anda bu qərarından imtina edib. Nəşr bildirir ki, Tramp axşam saatlarında əmri verməyə meylli olub və Pentaqona İran üzərinə hücuma hazırlıq göstərişini verib. Lakin prezident məsləhətçilərinin arqumentləri onun fikrini dəyişməsinə səbəb olub. Məsləhətçilər yalnız sürətli hava zərbələri ilə İran rejimini devirmək barədə zəmanət verə bilməyəcəklərini qeyd ediblər.
İranın ali rəhbəri Ayətullah Əli Xamenei ölkədə bir həftədən artıqdır davam edən kütləvi etirazlar fonunda açıqlama verərək bildirib ki, “iğtişaşçılar yerində oturdulmalıdır”. 86 yaşlı Xameneinin şənbə günü səsləndirdiyi bu açıqlama son günlər İran İslam Respublikasını sarsıdan aksiyalar zamanı ən azı 10 nəfərin həlak olması fonunda gəlib. Etirazlar əsasən ölkədə ağırlaşan iqtisadi vəziyyətə qarşı yönəlib və hazırda səngimək əlaməti göstərmir.