Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    İran XİN rəhbəri Ukrayna rəhbərliyini BMT Nizamnaməsini pozmaqda ittiham etdi

    23 Yanvar 2026 14:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran XİN rəhbəri Ukrayna rəhbərliyini BMT Nizamnaməsini pozmaqda ittiham etdi
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Nailə Babazadə

    İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna Prezidenti Volodimir Zelenskinin İrandakı etirazlarla bağlı Davosda səsləndirdiyi fikirlərə kəskin reaksiya verib.

    AzerVoice xəbər verir ki, "X" sosial media platformasındakı rəsmi hesabından paylaşım edən Əraqçi, Ukrayna liderini "kloun" adlandıraraq rəsmi Kiyevin mövqeyini sərt tənqid edib.

    Nazir Əraqçi bəyanatında iranlıların özlərini necə müdafiə edəcəyini yaxşı bildiklərini və bu məqsədlə heç bir xarici qüvvədən yardım istəmədiklərini xüsusi vurğulayıb. Zelenskiyə ünvanlanan açıqlamada "Cənab Zelenski, dünya klounlardan bezib. Muzdlularla dolu ordunuzun əksinə, iranlılar özlərini necə müdafiə edəcəyini bilir" ifadələri yer alıb.

    İranlı nazir həmçinin Ukrayna rəsmilərini ABŞ və Avropadan gələn maddi yardımlar hesabına varlanmaqda ittiham edib. O bildirib ki, Ukrayna rəhbərliyi heç bir utanc hissi keçirmədən və BMT Nizamnaməsini kobud şəkildə pozaraq, ABŞ-dan İrana qarşı qeyri-qanuni hərbi hücum həyata keçirməsini tələb edir.

    Xatırladaq ki, Volodimir Zelenski İsveçrənin Davos qəsəbəsində keçirilən Dünya İqtisadi Forumu (WEF) çərçivəsindəki çıxışında İrandakı etirazlara toxunmuşdu. O, İran xalqına kifayət qədər kömək edilmədiyini iddia edərək, Avropanın proseslərdən kənarda qaldığını və ABŞ-ın İrandakı hadisələrə qarşı necə hərəkət edəcəyinin gözlənildiyini ifadə etmişdi.

    #Volodimir Zelenski #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Serbiya və Ukrayna liderləri iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

    8 Avqust 2026 20:19

    Zelenski Ceyhun Bayramovla Azərbaycan-Ukrayna strateji tərəfdaşlığını müzakirə edib

    6 Avqust 2026 20:38

    İran Aİ-yə Ukraynadan şikayət edib

    29 İyul 2026 16:56

    Tramp ilə "Patriot" raketlərinin Ukraynada istehsalını müzakirə etdik - Zelenski

    28 İyul 2026 21:12

    Trampın Netanyahu və Zelenski ilə görüşləri "müsbət və məhsuldar" keçib - Ağ Ev

    28 İyul 2026 21:09

    Zelenski ABŞ-də səfərdədir

    28 İyul 2026 09:57

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22

    İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu

    14 İyul 2026 19:32

    ABŞ Prezidenti İranın addımlarından narazı olduğunu bildirib

    8 İyul 2026 19:31

    ABŞ bu gecə İrana yenidən zərbə endirəcək - Tramp

    8 İyul 2026 19:27

    Trampın mövqeyi NATO Zirvə Toplantısında əsas müzakirə mövzularından biridir

    7 İyul 2026 20:02
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 26 Avqust

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    Səudiyyə Yəməndə mina təmizləmə əməliyyatları aparır - 1 836 partlayıcı zərərsizləşdirildi

    ABŞ–Kanada ticarət qarşıdurması kəskinləşir - Kanada dolları bahalaşıb

    Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?

    İrana qarşı birtərəfli məhdudiyyətləri qanuni hesab etmirik - Çin

    Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.