Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Venesuela hücum altındadır - Kolumbiya Prezidenti Petro

    3 Yanvar 2026 11:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Venesuela hücum altındadır - Kolumbiya Prezidenti Petro
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Kolumbiya Prezidenti Qustavo Petro sosial media hesabında verdiyi açıqlamada, Venesuela paytaxtı Karakasın raket hücumları ilə bombalandığını bildirib.

    AzerVoice xəbər verir ki, Prezident Petro dünya ictimaiyyətinə çağırış edərək, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Amerika Dövlətləri Təşkilatının (OEA) bu hücumlara dərhal reaksiya verməsi üçün toplanmasını tələb edib.

    “Hazırda Karakas bombardmana məruz qalır, Venesuela hücum altındadır.” - deyə Petro qeyd edib.

    Qeyd edək ki, bu günü Venesuelanın paytaxtı Karakasda təyyarələrin uçuş səsi, güclü partlayışa bənzər gurultular və ən azı bir tüstü sütunu müşahidə olunub.Məlumata görə, şəhərin əsas hərbi bazalarından birinin yerləşdiyi cənub bölgəsində elektrik enerjisi kəsilib.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətdən getməsi üçün təzyiqləri artırmaq məqsədilə bu ölkədə quru əməliyyatları aparılacağına dair dəfələrlə vədlər verib. Bu təzyiqlərə genişləndirilmiş sanksiyalar, regionda ABŞ hərbi mövcudluğunun gücləndirilməsi, eləcə də Sakit okean və Karib dənizində narkotik qaçaqmalçılığında iştirak etdiyi iddia olunan gəmilərə qarşı iki ondan çox zərbənin endirilməsi daxildir.

    ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məsələyə dair şərh sorğusuna dərhal cavab verməyib.

    #Venesuela xəbərləri #ABŞ Venesuela gəmilər #ABŞ Venesuela əməliyyatı #ABŞ Venesuela hərbi müdaxilə #Venesuela hökuməti #ABŞ–Venesuela münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Venesuelanın vitse-prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlir

    8 İyun 2026 15:20

    ABŞ dövlət katibi Pekinə niyə “Maduro geyimi” ilə yollandı?

    13 May 2026 11:32

    Tramp Venesuelanı “ABŞ-nin 51-ci ştatı” kimi göstərən xəritə paylaşdı

    13 May 2026 11:16

    7 ildən sonra ilk dəfə: ABŞ-dan Venesuelaya birbaşa uçuş bərpa olundu

    1 May 2026 12:49

    Venesuelanın müvəqqəti prezidenti ABŞ-dan bütün sanksiyaların ləğvini tələb edib

    27 Fevral 2026 09:53

    ABŞ Venesueladan 50 milyon barel neft alıb – Tramp açıqladı

    20 Fevral 2026 12:16

    Meksika ABŞ-ın sanksiyalarına baxmayaraq Kubaya neft tankerləri göndərir

    22 Yanvar 2026 11:18

    Delsi Rodriqes ABŞ-a səfər edəcək

    21 Yanvar 2026 17:00

    Venesuela neft satışından 300 milyon dollar gəlir əldə edib

    21 Yanvar 2026 09:31

    Venesuelanın müvəqqəti dövlət başçısı neft gəlirlərinin səhiyyə və infrastruktur fondlarına köçürüləcəyini açıqlayıb

    16 Yanvar 2026 10:38

    Tramp özünü Venesuelanın müvəqqəti prezidenti elan edib

    12 Yanvar 2026 11:55

    Tramp ABŞ-ın neft şirkətlərinin rəhbərləri ilə Venesuelanı müzakirə edib

    10 Yanvar 2026 12:44
    XƏBƏR LENTİ

    Qahirə öz rəsmi “sinir mərkəzini” niyə paytaxtdan uzaqlaşdırdı?

    Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.