Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Orta Dəhliz Qafqaz üçün etibarlılıq marşrutuna çevrilir - Gürcüstan

    12 Dekabr 2025 14:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Orta Dəhliz Qafqaz üçün etibarlılıq marşrutuna çevrilir - Gürcüstan
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu haqqında danışaraq onun bir güvən dəhlizi rolunu oynadığını bildirib.

    AzerVoice xəbər verir ki, Kobaxidze bu fikirləri Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli Forumu”nun açılışında səsləndirib.

    Baş nazir çıxışında Tbilisi rəhbərliyinin barış siyasətinə sadiq qaldığını, regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verməyə davam etdiklərini vurğulayıb.

    Gürcüstanın regional sülh və sabitlik üçün dialoqların aparılmasına dəstək göstərdiyini bildirən Kobaxidze “Birlikdə gələcək nəsillər üçün daha təhlükəsiz, sabit və davamlı bir gələcək qura bilərik.” - deyə qeyd edib.

    Ölkəsinin ərazi bütövlüyü ilə bağlı problemlər yaşadığını xatırladan Baş nazir, sülhün Gürcüstan üçün həyati əhəmiyyət daşıdığını qeyd edib.

    “Tarixi iki bölgəmizin davam edən işğalı səbəbilə Gürcüstan üçün sülh təkcə siyasi seçim deyil, həm də varoluşsal prioritetdir.” - deyə qeyd edib.

    Kobaxidze Gürcüstan iqtisadiyyatının 2021–2024-cü illərdə illik orta hesabla 9,8 faiz böyüdüyünü diqqətə çatdıraraq bunun hökumətin düzgün strategiyasının nəticəsi olduğunu vurğulayıb.

    Regional ticarət və iqtisadi əlaqələrin genişlənməsində Orta Dəhlizin əhəmiyyətinə toxunub.

    “Asiya və Avropanı birləşdirən Orta Dəhliz bu vizyonun mərkəzində dayanır.” - deyə Kobaxidze qeyd edib.

    #Türkmənistan #Gürcüstan #İrakli Kobaxidze #Beynəlxalq Sülh və Etimad İli #Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu #Aşqabad Forumu #Gürcüstan iqtisadiyyatı #Beynəlxalq nəqliyyat dəhlizləri #Asiya-Avropa logistika xətti #Qafqaz nəqliyyat marşrutu #Gürcüstan sülh siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

    1 Sentyabr 2026 16:17

    MDB İqtisadi Şurasının növbəti iclası Aşqabadda keçiriləcək

    29 Avqust 2026 14:46

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    Tacikistan İrandan 2,55 milyon ton neft və yanacaq almaq istəyir

    20 Avqust 2026 18:12

    Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb

    17 Avqust 2026 15:54

    Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb

    13 Avqust 2026 16:23

    Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub

    3 Avqust 2026 11:19

    Azərbaycanın Türkmənistandakı səfiri Aşqabad şəhərinin hakimi ilə görüşüb

    30 İyul 2026 17:41

    Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq genişlənir

    14 İyul 2026 11:41

    Tbilisidə azərbaycanlı qadının qatili saxlanılıb

    11 İyul 2026 13:02

    Çin və Rusiya ticarət yolundakı körpü hücuma məruz qalıb - İran

    9 İyul 2026 20:49

    Azərbaycan və Gürcüstan mədəni əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib

    9 İyul 2026 17:51
    XƏBƏR LENTİ

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    ABŞ-nin hücum və təzyiqlərinə qarşı müqaviməti davam etdirəcəyik - İran

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır

    İsrailli məskunlaşanlar işğal altındakı İordan çayının qərb sahilində məscidi yandırmağa cəhd edib

    Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

    ABŞ–İran qarşılıqlı zərbələrindən sonra neftin qiyməti 90 dolları keçib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.