Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    İlon Maskın brendləri reytinqlərdə çöküş yaşayır

    21 May 2025 12:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İlon Maskın brendləri reytinqlərdə çöküş yaşayır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Tesla və SpaceX brendləri ABŞ-da nüfuz reytinqində son sıralarda yer alıb.

    AzerVoice xəbər verir ki, ABŞ-da aparılan yeni sorğu İlon Maskın rəhbərlik etdiyi Tesla və SpaceX şirkətlərinin ictimai imicində ciddi eniş yaşandığını göstərib.

    “Axios Harris 100” sorğusunda Tesla 95-ci, SpaceX isə 86-cı yeri tutaraq son illərin ən zəif nəticəsini göstərib. Halbuki bu iki texnoloji nəhəng 2021-ci ildə ilk onluqda – müvafiq olaraq 8-ci və 5-ci yerdə qərarlaşmışdı.

    Ekspertlər bu geriləməni İlon Maskın ABŞ prezidenti Donald Trampla yaxın əlaqələri və mübahisəli DOGE layihəsi ilə əlaqələndirirlər. Həmçinin, Maskın sahibi olduğu X (əvvəlki Twitter) platforması da siyahıda yalnız bir pillə irəliləyərək 98-ci yerdə qərarlaşıb.

    Sorğuya əsasən, Microsoft, Apple, Nvidia və Samsung kimi texnologiya şirkətləri ilk 10-luqda yer alıb, bu da Maskın şirkətləri ilə aralarındakı nüfuz fərqini daha da qabardıb. Tesla və SpaceX nümayəndələri məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyiblər.

    Qeyd edək ki, İlon Mask yaxın vaxtlarda Ağ Evdəki məsləhətçi rolunu həftədə bir və ya iki günlə məhdudlaşdıracağını, siyasətə sərf etdiyi vaxtı azaldacağını bildirib. Bu bəyanat bəzi müşahidəçilər tərəfindən onun siyasi arenadan geri çəkilməsi kimi qiymətləndirilib. “Politico”nun təhlilinə görə, Tramp da artıq Maskla bağlı ictimai açıqlamalardan çəkinir və apreldən bəri onunla bağlı heç bir paylaşım etməyib.

    #ABŞ #Donald Tramp #İlon Mask #SpaceX #Tesla #X (keçmiş Twitter) #Maskın hökumətlə əlaqəsi #Maskın siyasi təsiri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    2 Sentyabr 2026 18:41

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    2 Sentyabr 2026 18:38

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    2 Sentyabr 2026 18:29

    Körfəz Əməkdaşlıq Şurası İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    2 Sentyabr 2026 18:23

    İran Xarici İşlər Nazirliyi Sirikdəki hücumu “müharibə cinayəti” adlandırıb

    2 Sentyabr 2026 18:20

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    2 Sentyabr 2026 18:17
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.