Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Namibyada qida çatışmazlığına görə vəhşi heyvanlar kəsiləcək

    29 Avqust 2024 12:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Namibyada qida çatışmazlığına görə vəhşi heyvanlar kəsiləcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Namibiya hökuməti fil, zebra və begemot da daxil olmaqla 700-dən çox vəhşi heyvanın ovlanacağını açıqlayıb. Kəsilən heyvanların qida çatışmazlığı yaşayan insanlara paylanacağı bildirilib.

    AzerVoice xəbər verir ki, Namibiya Ətraf Mühit, Meşəçilik və Turizm Nazirliyindən verilən açıqlamaya görə, bu proqrama 83 fil, 30 begemot, 60 camış, 50 impala, 100 mavi antilop və 300 zebra daxildir. Heyvanlar artan populyasiyayanın müşahidə olunduğu milli parklardan və sürülərdən seçilərək peşəkar ovçular tərəfindən ovlanacaq.

    Edilən açıqlamada proqramın məqsədinin Afrikanın cənub-qərbində müşahidə olunan quraqlığın təsirlərini azaltmaq olduğu bildirilib. Həmçinin o da deyilib ki, proqram sayəsində heyvanların sayına həmçinin su ehtiyyatlarına nəzarət etmək asanlaşacaq.

    Bu proqram həm də fillər və insanlar arasında potensial münaqişələri azaltmaq məqsədi daşıyır. Belə ki, quraqlıq dövründə qida və su axtaran fillər insanların yaşadığı ərazilərə hücum edə bilər.

    Nazirlik daha öncə də 150-dən çox heyvanın kəsildiyini, əldə edilən 56 tondan çox ətin aclıqdan əziyyət çəkən insanlara paylandığını bildirib.

    Qeyd edək ki, quraqlıq səbəbindən Namibiyada may ayından etibarən fövqəladə vəziyyət elan edilib. Ölkə əhalisinin təxminən yarısının ciddi ərzaq təhlükəsizliyi ilə üzləşəcəyi gözlənilir.

    Namibyada qida çatışmazlığına görə vəhşi heyvanlar kəsiləcək
    #namibiya #quraqlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    Yağış yağmazsa, Tehranı boşaltmaq məcburiyyətində qalacağıq - Pezeşkian

    7 Noyabr 2025 09:20

    Sahibə Qafarova Cenevrədə Namibiya və Bosniya və Herseqovinanın parlament sədrləri ilə görüşüb

    20 Oktyabr 2025 22:10

    İqlim dəyişikliyi su ehtiyatlarına ciddi təsir göstərəcək

    20 Sentyabr 2025 14:30

    2025-ci ilin iyul ayı dünyada qeydə alınan üçüncü ən isti iyul ayı oldu

    7 Avqust 2025 12:40

    2500 illik qədim piramida xarabalığa çevrildi

    2 Avqust 2025 15:32

    İngiltərədə Ekstremal İstilər- Su İstifadəsinə Ciddi Məhdudiyyətlər Tətbiq Olunub

    17 İyul 2025 10:50

    OPEC yeni üzvlərin təşkilata qoşulmasına açıqdır - Baş katib

    14 İyul 2025 10:39

    Suriyada 16 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşə bilər - BMT

    27 İyun 2025 19:33

    Avropa istilik rekordları ilə sarsılır

    20 Aprel 2025 17:00

    İranın paytaxtında su böhranı dərinləşir

    6 Mart 2025 16:16
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib

    Paris Tehrandan diplomatik heyətin təhlükəsizliyini tələb edir

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    Ali rəhbərlə əlaqələrim hər gün genişlənir - Pezeşkian

    İraqın şimalında neft hasilatı təhlükəsizlik səbəbilə dayandırıldı

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    İranın danışıqlardakı nəticələri gözləntiləri keçdi - Pezeşkian

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    İran yenidən Küveytin enerji və su infrastrukturunu hədəfə alıb

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.