Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Böyük Britaniyada yeni qaçqın planı siyasi mübahisələri dərinləşdirib

    5 İyul 2026 16:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Böyük Britaniyada yeni qaçqın planı siyasi mübahisələri dərinləşdirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Böyük Britaniyada Daxili İşlər Nazirliyinin qaçqınlar üçün yeni "təhlükəsiz və qanuni" qəbul marşrutları yaratmaq planı ölkədə geniş siyasi müzakirələrə səbəb olub. Hökumətin açıqladığı proqram sosial şəbəkələrdə, xüsusilə də "X" platformasında ciddi reaksiyalar doğurub və sağçı siyasi dairələrin sərt tənqidinə məruz qalıb.

    Hökumətin təqdim etdiyi plana əsasən, qaçqınların ölkəyə qanuni yollarla qəbulunu təmin etmək məqsədilə yeni mexanizmlər yaradılacaq. Proqram çərçivəsində icmaların himayəsi sistemi genişləndiriləcək, etibarlı ali təhsil müəssisələrinə yeni təhsil marşrutu vasitəsilə qaçqınlara sponsorluq etmək imkanı veriləcək. Gələcək mərhələdə əmək fəaliyyəti üçün ayrıca qanuni marşrutun yaradılması da nəzərdə tutulur.

    Rəsmi açıqlamada bildirilib ki, məqsəd həqiqi qaçqınlar üçün nizamlı və şəffaf qəbul sistemi formalaşdırmaq, eyni zamanda sığınacaq sistemindən sui-istifadə hallarının qarşısını almaqdır.

    Yeni proqram çərçivəsində ölkəyə qəbul ediləcək şəxslərin sayı ilkin mərhələdə məhdud olacaq və mərhələli şəkildə artırılacaq. Böyük Britaniyaya gəlməzdən əvvəl bütün müraciətçilər biometrik, cinayət keçmişi və sağlamlıq yoxlamalarından keçiriləcək. Qaçqın statusunun müəyyənləşdirilməsi isə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

    Daxili İşlər Nazirliyi bildirib ki, proqram həqiqi qaçqınlara həyatlarını yenidən qurmaq üçün təhlükəsiz imkan yaradacaq və ilk iştirakçıların 2027-ci ilin payızında ölkəyə gəlməsi gözlənilir.

    Lakin proqramın açıqlanmasından qısa müddət sonra sağçı siyasi qüvvələr və onlara yaxın hesablar təşəbbüsü hökumətin təqdim etdiyi məzmundan fərqli formada ictimaiyyətə çatdırmağa başlayıblar. Onlar planı qanuni miqrasiyanın tənzimlənməsi kimi deyil, ölkə sərhədlərinin yeni miqrant axını üçün açılması kimi təqdim ediblər.

    Müşahidələr göstərir ki, hökumətin siyasətinə qarşı aparılan kampaniya bir neçə istiqamətdə təşkil olunub.

    Birinci istiqamətdə Böyük Britaniyanın "İslahat Partiyası"nın nümayəndələri və sağçı siyasətçilər, o cümlədən Naycel Farac, Robert Lou və Li Anderson çıxış edərək miqrasiyanın iqtisadi yükü, sərhəd təhlükəsizliyi və sağçı siyasi qüvvələrin birləşdirilməsi məsələlərini ön plana çıxarıblar.

    İkinci istiqamətdə mühafizəkar media qurumları və müxtəlif siyasi hesablar əsasən Sudan və Eritreyadan gələcək qaçqınlarla bağlı xəbərləri geniş şəkildə yayaraq ictimai narahatlığı artırmağa çalışıblar.

    Üçüncü istiqamətdə isə daha radikal mövqedən çıxış edən hesablar yeni proqramı müsəlman icmaları ilə əlaqələndirərək qaçqın məsələsini islamçılıq, cinayətkarlıq və qadınların təhlükəsizliyi ilə bağlayan paylaşımlar ediblər.

    "İslahat Partiyası"nın lideri Naycel Farac sosial şəbəkədə paylaşdığı açıqlamada Daxili İşlər Naziri Şabana Mahmudun qərarını kəskin tənqid edərək proqramın Sudan, Eritreya və Fələstindən gələcək şəxslər üçün yeni qəbul mexanizmi yaradacağını bildirib. O, planın Böyük Britaniyanın təhlükəsizliyi üçün risk yaratdığını iddia edib.

    Farac digər paylaşımında isə son bir ildə Böyük Britaniyaya gələn 34 min sığınacaq axtaran şəxsin dövlət büdcəsinə milyardlarla funt sterlinq yük gətirəcəyini irəli sürərək qanunsuz miqrasiyanın ölkə iqtisadiyyatına ciddi zərər vurduğunu bildirib.

    Sağçı siyasətçilər və fəallar hökumətin "təhlükəsiz və qanuni marşrutlar" ifadəsini sərhədlərin daha geniş şəkildə açılması kimi təqdim edərək proqramın kütləvi miqrasiyanı təşviq etdiyini iddia ediblər.

    Mühafizəkarlar Partiyasının deputatı Keti Lam da hökumətin planını tənqid edərək bunun qeyri-qanuni miqrasiyanın qarşısını almaq əvəzinə daha çox insanın ölkəyə gəlməsinə şərait yaradacağını bildirib. Onun fikrincə, icma himayəsi mexanizmi sonradan ailə üzvlərinin də ölkəyə köçməsini sürətləndirəcək və hökumət sərhədlərin qorunması istiqamətində kifayət qədər addım atmır.

    Sosial şəbəkələrdə yayılan bəzi paylaşımlarda Sudan və Eritreya vətəndaşları xüsusi olaraq hədəfə alınaraq onların ölkənin daxili təhlükəsizliyi üçün təhlükə yaratdığı iddia olunub.

    Kampaniya çərçivəsində tənqidlər yalnız hökumətin siyasəti ilə məhdudlaşmayıb. Daxili İşlər Naziri Şabana Mahmud da dini mənsubiyyəti və etnik mənşəyinə görə şəxsi hücumların hədəfinə çevrilib.

    Bəzi paylaşımlarda onun müsəlman olması qabardılıb, fəaliyyətinin dini baxışları ilə istiqamətləndirildiyi iddia olunub. Digər paylaşımlarda isə nazir müxtəlif dini və siyasi təşkilatlarla əlaqələndirilməyə çalışılıb, Böyük Britaniyanın gələcəkdə müsəlmanlar tərəfindən idarə olunacağı barədə əsassız iddialar irəli sürülüb.

    Radikal sağçı fəallar tərəfindən yayılan digər paylaşımlarda Şabana Mahmudun Pakistan mənşəli olması və müsəlman kimliyi təhqiramiz ifadələrlə hədəfə alınıb. Ayrı-ayrı sosial media hesabları isə hökumətin yeni proqramını "Böyük Britaniyanın islamlaşdırılması" kimi təqdim etməyə çalışıb.

    Müşahidələr göstərir ki, sosial şəbəkələrdə aparılan kampaniyanın mühüm hissəsi hökumətin miqrasiya siyasətinin hüquqi məzmunundan daha çox Daxili İşlər Nazirinin dini və etnik kimliyinə yönəlib və bununla da qaçqın siyasəti ətrafındakı müzakirələr siyasi polemikadan çıxaraq dini və etnik müstəviyə keçirilib.

    Şabana Mahmud Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə rəhbərlik edən ilk müsəlman siyasətçi hesab olunur. O, vəzifəyə təyin olunduğu vaxtdan etibarən, xüsusilə Fələstinlə bağlı mövqeyi səbəbindən sağçı siyasi dairələrin davamlı tənqid və hücumları ilə üzləşir.

    #Böyük Britaniya #Daxili İşlər Nazirliyi #Şabana Mahmud #Qaçqın proqramı #Robert Lou #Li Anderson
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    Britaniya məhkəməsindən “Palestine Action” fəalları ilə bağlı mühüm qərar

    21 Avqust 2026 18:57

    BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb

    18 Avqust 2026 20:23

    Britaniya Ukrayna böhranını qəsdən gərginləşdirir - Rusiya

    18 Avqust 2026 11:23

    Avropanın qaz ehtiyatları azalır – Rusiya ilə münasibətlər yenidən gündəmdə

    14 Avqust 2026 16:26

    London Tel-Əvivə Qərb sahilində vəziyyətlə bağlı çağırış edib

    11 Avqust 2026 20:53

    Avropa ölkələrinin Hörmüz boğazında dəniz missiyası yaratmaq cəhdləri ləngiyib

    7 Avqust 2026 18:39

    Apollo easyJet-i 7,7 milyard dollara alır

    6 Avqust 2026 18:51

    Böyük Britaniya OpenAI və Anthropic ilə bağlı araşdırmaları izləyir

    3 Avqust 2026 21:26

    Böyük Britaniya HƏMAS-ın silahsızlanma qərarını alqışlayıb

    31 İyul 2026 19:51

    London sığortaçıları Qırmızı dəniz üzrə yeni risk xəritəsi açıqlayıb

    30 İyul 2026 17:12

    Aseton qarşılığında Fələstində yəhudi yurdu quran alim - Çaim Vayzman və onun siyasi əlaqələri

    26 İyul 2026 20:00
    XƏBƏR LENTİ

    Mavritaniyada elektrik kəsintiləri niyə seçkilərlə nəlaqələndirilir?

    Bu gün Vezuvi vulkanı Pompeyini tarixə çevirdi

    Tarixdə bu gün – 24 Avqust

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    Prezident İlham Əliyev: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

    Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

    Quterreşin varisliyi uğrunda yarışda kimlər var?

    Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

    Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.