#Daxili İşlər Nazirliyi

Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb. Müdafiə Nazirliyi bununla bağlı rəsmi məlumat yayıb. Daxili İşlər Nazirliyi də sakinlərin telefonlarına mümkün raket təhlükəsi barədə xəbərdarlıq göndərib. Əhali dərhal ən yaxın təhlükəsiz binaya sığınmağa çağırılıb. Bu, ölkədə son bir neçə ay ərzində verilən ilk belə xəbərdarlıqdır. İyun ayında yanlış həyəcan siqnalı qeydə alınmışdı, bundan əvvəlki raket xəbərdarlığı isə may ayında edilmişdi. BƏƏ son aylarda dəfələrlə raket və pilotsuz uçuş aparatı təhlükələri ilə üzləşib. Son təhlükənin mənbəyi və mümkün hədəfi barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində mina partlayışı baş verib. Hadisə zamanı Qumlaq kənd sakini Elşən Şəmilov xəsarət alıb. O, minalardan təmizlənməmiş ərazidə traktorla torpaq şumlayarkən mina partlayışı baş verib. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə bağlı araşdırma aparılır. Məlumat Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA tərəfindən yayılıb. Vətəndaşlara təhlükəli ərazilərə daxil olmamaq tövsiyə edilib.

Türkiyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Ölkənin 30 vilayətində aparılan əməliyyat zamanı 119 nəfər saxlanılıb. Şübhəlilər terror təşkilatına üzvlük, təbliğat və maliyyələşdirmə fəaliyyətində iştirak etməkdə ittiham olunurlar. Əməliyyat zamanı çoxsaylı sənəd və rəqəmsal material ələ keçirilib. İyunun sonunda Ankarada İŞİD-lə əlaqədə şübhəli bilinən bir nəfər silahlı qarşıdurmada zərərsizləşdirilmişdi. Daha sonra terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 209 nəfər də saxlanılmışdı. Türkiyə terrorizmlə mübarizə əməliyyatlarını davam etdirəcəyini bəyan edib.

HƏMAS Qəzzada təhlükəsizlik sahəsində fəaliyyətin davam etdiriləcəyini açıqlayıb. Hərəkatın bildirdiyinə görə, Daxili İşlər Nazirliyinin bütün əməkdaşları öz vəzifələrini yerinə yetirməyə davam edəcəklər. Məqsəd bölgədə təhlükəsizlik sahəsində hər hansı boşluğun yaranmasının qarşısını almaqdır. Açıqlama Qəzzanı idarə edən qurumun fəaliyyətinə xitam verilməsi qərarından sonra səsləndirilib. İdarəetmənin mülki mütəxəssislərdən ibarət yeni komandaya təhvil verilməsi planlaşdırılır. Bu prosesin atəşkəs razılaşmasının şərtlərinə uyğun həyata keçiriləcəyi bildirilir. HƏMAS təhlükəsizlik xidmətlərinin fəaliyyətində fasilə olmayacağını vurğulayıb. Bölgədə idarəetmə dəyişikliyinin gedişi diqqətlə izlənilir.

Bəhreyn hakimiyyəti İranla əlaqədə olmaqda ittiham edilən 15 nəfərin saxlanıldığını açıqlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırmalar davam edir və şəbəkə ilə əlaqəsi olan digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyatlar aparılır. Son aylarda İranla əlaqəli fəaliyyətlərə qarşı təhlükəsizlik tədbirləri gücləndirilib, onlarla şəxs saxlanılıb, bir sıra şəxslər isə vətəndaşlıqdan məhrum edilib.

Polşanın xarici işlər naziri Ben-Qvirin ölkəyə girişinə qadağa qoyulması üçün Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib. Bu addım İsrailin ifrat sağçı naziri Ben-Qvirin fəaliyyətləri və Qəzza flotiliyası fəallarının Varşavada saxlanması ilə bağlı yaranan narazılıq kontekstində atılıb. Nazirliyin sözçüsü vurğulayıb ki, bu qərar Ben-Qvirin ölkəyə girməsinin qarşısını almaq və Polşanın daxili və xarici siyasət maraqlarını qorumaq məqsədini daşıyır.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi ölkədə viza müddətini qanunsuz olaraq ötürən əcnəbilərin 50 000 Səudiyyə riyalına (təxminən 13 300 dollar) qədər pul cəzası, altı aya qədər həbs və ölkədən deportasiya olunma təhlükəsi ilə üzləşəcəyini vurğulayıb.

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yeri müəyyən olunub.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Muraz Qurbanovun Birləşmiş Ərəb Əmirliklərində, Suraxanı RPİ tərəfindən axtarışda olan Əlağa İsmayılovun Ukraynada, Sumqayıt ŞPİ tərəfindən axtarışda olan Elmir Nuriyevin isə Almaniya Federasiyasında olması müəyyən edilərək İnterpol kanalları vasitəsilə saxlanılıblar. DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxslərin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Türkiyədə məktəb və ətraf ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün 81 vilayət valiliyinə yeni təlimat göndərilib. Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Mustafa Çiftçinin imzası ilə göndərilən sənəddə məktəblərdə qoruyucu və qabaqlayıcı təhlükəsizlik tədbirlərinin artırılması, erkən xəbərdarlıq mexanizmlərinin yaradılması və risk əsaslı nəzarət sisteminin tətbiqi nəzərdə tutulur.