BAKI,VOA, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Trampın Çinə iki günlük rəsmi səfəri başlayıb. Ağ Ev rəhbəri və onun nümayəndə heyətini daşıyan təyyarə artıq Pekin Beynəlxalq Hava Limanına enib.
VOA xəbər verir ki, səfər zamanı Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşərək bir sıra mühüm məsələləri, o cümlədən qarşılıqlı tətbiq olunan gömrük rüsumlarını, İran müharibəsini və Hörmüz boğazının bağlanması ilə əlaqədar yaranmış qlobal enerji böhranını müzakirə edəcəyi gözlənilir.
Trampın bu, Çinə olan ikinci səfəridir; əvvəlki səfərini 2017-ci ildə həyata keçirmişdi.