Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İspaniyada korrupsiya istintaqı dərinləşir: Sançes hökuməti təzyiq altında

    30 Aprel 2026 09:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İspaniyada korrupsiya istintaqı dərinləşir: Sançes hökuməti təzyiq altında
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    İspaniyada ölkənin baş naziri Pedro Sançesin yaxın çevrəsinə qarşı irəli sürülən korrupsiya ittihamları məhkəmə müstəvisinə çıxarılıb və bu proses siyasi gündəmdə ciddi gərginlik yaradıb.

    VOA xəbər verir ki, iş çərçivəsində keçmiş nəqliyyat naziri Xose Luis Abalos barəsində dövlət satınalmalarında qanun pozuntuları və qeyri-qanuni maliyyə əməliyyatları ilə bağlı ittihamlar araşdırılır.

    İddialara əsasən, COVID-19 pandemiyası dövründə tibbi ləvazimatların alınması zamanı korrupsiya hallarına yol verilib.

    Bildirilib ki, iş üzrə əsas fiqurlardan biri olan iş adamı Viktor de Aldama məhkəmədə verdiyi ifadədə korrupsiya sxeminin daha yüksək səviyyələrə qədər uzandığını iddia edib. O, bəzi vəsaitlərin hakim İspaniya Sosialist İşçi Partiyasının maliyyələşdirilməsində istifadə olunduğunu irəli sürüb.

    Qeyd olunub ki, Sançes və onun rəhbərlik etdiyi siyasi qüvvə bu ittihamları qətiyyətlə rədd edir və səsləndirilən iddiaları əsassız adlandırır.

    Məlumata əsasən, prokurorluq Abalos barəsində rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayətkar qrupda iştirak ittihamları ilə 24 ilədək həbs cəzası tələb edir.

    Bildirilib ki, qalmaqal artıq hakim koalisiyanın sabitliyinə təsir göstərir və müxalifət qüvvələri, o cümlədən Xalq Partiyası (İspaniya) və Vox erkən seçkilərin keçirilməsi tələbi ilə çıxış edir.

    #İspaniya #Pedro Sançez #korrupsiya qalmaqalı #Xose Luis Abalos #İspaniya Sosialist İşçi Partiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    17 İyul 2026 10:34

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53

    İspaniya millisi məğlubiyyətsizlik seriyasını 36 oyuna çatdırdı

    11 İyul 2026 17:41

    Tramp NATO liderləri qarşısında əvvəlki bəyanatlarını səsləndirmədi

    8 İyul 2026 18:37

    Avropa Komissiyası ABŞ-a hansı mesajı verib?

    8 İyul 2026 18:24

    Portuqaliya meşə yanğınları təhlükəsinə görə Avropa İttifaqı, İspaniya və Mərakeşdən dəstək istəyib

    3 İyul 2026 21:59

    Aİ ölkələri İsrail şirkətləri ilə milyardlarla avroluq müqavilələr imzalayıb

    2 İyul 2026 18:31

    Dünya Çempionatında bu gecə: İspaniya Avstriyanı sınağa çəkəcək

    2 İyul 2026 14:41

    Tarixdə bu gün - 30 İyun

    30 İyun 2026 00:01

    İspaniya və Niderland Venesuelaya hərbi xilasedicilər göndərməyə hazırdır

    25 İyun 2026 18:51

    La Liqada mövsümün ən yaxşısı kim oldu?

    6 İyun 2026 15:51

    Misir sülhməramlıların qorunmasını tələb etdi

    5 İyun 2026 18:52
    XƏBƏR LENTİ

    Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

    İran ABŞ-ın İordaniyadakı əsas aviabazasını vurub

    Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

    “Mütəxəssislərin bir nömrəli seçimi” reklamları həqiqətən təsirlidirmi? Marketinqdə etibar faktorunun rolu

    Məhsulu yoxluğu ilə satmaq mümkündürmü? Brendlər “çatışmazlıq” strategiyası ilə istehlakçının diqqətini necə cəlb edir?

    Uşaq geyimində “krop” trendi niyə yayılır? Marketinq mütəxəssisləri səbəbləri açıqlayır

    Bu gün Adolf Hitlerin “Mənim Mübarizəm” kitabının ilk cildi nəşr olundu

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.