#Xose Luis Abalos

İspaniyada ölkənin baş naziri Pedro Sançesin yaxın çevrəsinə qarşı irəli sürülən korrupsiya ittihamları məhkəmə müstəvisinə çıxarılıb və bu proses siyasi gündəmdə ciddi gərginlik yaradıb.Bildirilib ki, iş üzrə əsas fiqurlardan biri olan iş adamı Viktor de Aldama məhkəmədə verdiyi ifadədə korrupsiya sxeminin daha yüksək səviyyələrə qədər uzandığını iddia edib. O, bəzi vəsaitlərin hakim İspaniya Sosialist İşçi Partiyasının maliyyələşdirilməsində istifadə olunduğunu irəli sürüb.