Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İsrail və Somaliland münasibətlərin inkişaf etdirəcəkləri barədə bəyanat yayıblar

    6 Yanvar 2026 21:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail və Somaliland münasibətlərin inkişaf etdirəcəkləri barədə bəyanat yayıblar
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrail və Somaliland tərəfləri ikitərəfli münasibətlərin inkişaf etdirilməsi barədə bəyanatla çıxış ediblər.

    AzerVoice xəbər verir ki, Somalidən birtərəfli qaydada ayrıldığını elan edən Somaliland regionunun rəhbəri Abdirahman Məhəmməd Abdillahi və İsrailin xarici işlər naziri Gideon Saar Somalilandın mərkəzi Hargeysada birgə mətbuat konfransı keçiriblər.

    Somaliland rəhbəri çıxışında İsrail hökumətinə və xalqına regionun müstəqilliyinin tanınmasına görə təşəkkür edib. O bildirib ki, bu qərar diplomatik, iqtisadi və inkişaf sahələrində mühüm nəticələr doğuracaq. Abdillahi qeyd edib ki, İsrailin bu addımı yalnız Somalilend üçan deyil, bütövlükdə Afrika Buynuzu regionu və beynəlxalq ictimaiyyət üçün strateji əhəmiyyət daşıyır.

    Onun sözlərinə görə, Somaliland İsraillə ümumi strateji maraqlar əsasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Region rəhbəri yaxın zamanda İsrailə səfər edəcəyini və bu ölkədə Somaliland səfirliyinin açılacağını da açıqlayıb. Abdillahi vurğulayıb ki, İsrailin Somalilandi tanıması investisiyalar, ticarət, texnologiya, energetika, su təchizatı, mədən sənayesi, kənd təsərrüfatı və infrastruktur sahələrində geniş imkanlar yaradacaq.

    İsrailin xarici işlər naziri Gideon Saar isə bildirib ki, Təl-Əviv Somalilandı tam şəkildə tanımaqdan məmnundur və tərəflər arasında qarşılıqlı faydaya əsaslanan çoxtərəfli və davamlı münasibətlərin qurulmasına hazırdır. Onun sözlərinə görə, İsrail Somalilandı ilk dəfə 26 iyun 1960-cı ildə tanıyıb və bu tanınma 26 dekabr 2025-ci ildə yenidən təsdiqlənib.

    Açıqlamada qeyd olunur ki, İsrail xarici işlər nazirinin Somalilanda səfəri son 34 ildə bu səviyyədə həyata keçirilən ilk səfərdir və diplomatik, strateji və təhlükəsizlik baxımından tarixi əhəmiyyət daşıyır. Bu səfər İsrailin 26 dekabr 2025-ci ildə Somalilendin müstəqilliyini tanıması fonunda münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

    Qeyd edək ki, 26 dekabr 2025-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahu Somalilandı “müstəqil və suveren dövlət” kimi tanıdığını elan edib. Bununla da İsrail Somalilandı tanıyan yeganə dövlət olub. Somaliland 1991-ci ildə Somalidən ayrıldığını bəyan etsə də, indiyədək beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmayıb.

    #İsrail #İsrail və Somalilend münasibətlərin inkişafını elan edib #İsrail Somalilendlə əməkdaşlığı genişləndirmək niyyətindədir #Hargeysada tarixi görüş: İsrail və Somalilend yaxınlaşır #Vİsrail Somalilendi tanıyan yeganə dövlət olaraq qalır #Somalilend İsraillə çoxtərəfli əməkdaşlığa hazırdır #İsrail ve Somaliland ilişkilerin geliştirilmesini duyurdu #Somaliland’den İsrail’le iş birliği mesajı #Hargeisa’da tarihi açıklama: İsrail–Somaliland yakınlaşması #Somaliland’i tanıyan tek ülke oldu #Somaliland İsrail’le çok taraflı ortaklığa hazır
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstənilən cəbhədə müharibənin davamına hazırıq - Eyal Zamir

    29 İyul 2026 22:23

    Netanyahu Vaşinqtonda ABŞ müdafiə naziri Pit Heqsetlə görüşüb

    29 İyul 2026 21:21

    İsrailin Qərb sahilində məskunlaşma fəaliyyətinin genişlənməsi dayandırılmalıdır - Kanada

    29 İyul 2026 21:17

    İşğal altındakı İordan çayının qərb sahilində gərginlik davam edir

    29 İyul 2026 21:06

    Son 24 saatda iki nəfər ölüb, 29 nəfər yaralanıb - Qəzza Səhiyyə Nazirliyi

    29 İyul 2026 20:47

    Livanda bankir barədə niyə araşdırma tələb olunur?

    29 İyul 2026 19:45

    Qəzzada humanitar böhranın miqyası genişlənir

    29 İyul 2026 18:35

    "Hizbullah" Livanda hərbi texnikaya pilotsuz aparatla hücum edib - İsrail

    29 İyul 2026 18:11

    İordan çayının qərb sahilində gərginlik daha da artır

    29 İyul 2026 18:08

    İran hücum edərsə, cavab vermək hüququmuz var - Netanyahu

    29 İyul 2026 14:41

    İran Çindən 400-ə qədər hava hücumundan müdafiə sistemi alacaq

    29 İyul 2026 09:58

    Vens, Rubio və Heqset Tramp-Netanyahu görüşündə iştirak ediblər

    28 İyul 2026 21:16
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 30 İyul

    Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu siyasətlə vidalaşdı

    Ağ Ev ətraf mühit sahəsində əsas vəzifəyə yeni namizəd hazırlayır

    İstənilən cəbhədə müharibənin davamına hazırıq - Eyal Zamir

    İtaliya və ABŞ süni intellekt üzrə Pax Silica əməkdaşlıq sazişini imzalayacaq

    Kanada Mərkəzi Bankında iqtisadi artımla bağlı fikir ayrılığı yaranıb

    Yaxın Şərqdə gərginliyin artması neft qiymətlərini kəskin yüksəldib

    XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

    İran Hörmüz boğazını gələcək danışıqlarda əsas strateji rıçaq kimi görür

    Netanyahu Vaşinqtonda ABŞ müdafiə naziri Pit Heqsetlə görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.