Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Somaliland İsrail bazalarının yerləşdirilməsi və fələstinlilərin köçürülməsi ilə bağlı iddiaları təkzib edib

    1 Yanvar 2026 20:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Somaliland İsrail bazalarının yerləşdirilməsi və fələstinlilərin köçürülməsi ilə bağlı iddiaları təkzib edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVocie, Orxan Qədirzadə

    Somaliland İsrailin hərbi bazalarının öz ərazisində yerləşdirilməsi və Qəzzadan didərgin salınmış fələstinlilərin bölgəyə köçürülməsi ilə bağlı razılaşmanın əldə edilməsi barədə yayılan iddiaları rədd edib. Somaliland bu iddiaları əsassız adlandıraraq bildirib ki, İsraillə təmaslar yalnız diplomatik xarakter daşıyır və beynəlxalq hüquqa tam hörmət çərçivəsində aparılır.

    AzerVocie xəbər verir ki, açıqlama Somali Prezidenti Həsən Şeyx Mahmudun “Al Jazeera” telekanalına verdiyi açıqlamaya cavab olaraq səsləndirilib. Somali lideri iddia etmişdi ki, Somaliland İsraildən tanınma müqabilində üç şərti qəbul edib: fələstinlilərin yerləşdirilməsi, Ədən körfəzi sahilində İsrail hərbi bazasının yaradılması və İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim razılaşmalarına qoşulma.

    Somaliland bildirib ki, bu mövzular üzrə hər hansı danışıqlar aparılmayıb. Bununla yanaşı, Somaliland İbrahim razılaşmalarına qoşulma məsələsinin açıq şəkildə təsdiqləndiyini bildirib.

    İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın “Newsmax” media qurumuna müsahibəsində Somalilandın İbrahim razılaşmalarına qoşulacağını təsdiqləyərək, İsrailin “demokratik, mülayim və müsəlman ölkəsini dəstəkləmək istədiyini” bəyan edib.

    Qeyd edək ki, İsrail ötən həftə Somalilandı müstəqil dövlət kimi tanıyıb. Bu addım Somali ərazisinin bir hissəsi hesab olunan bölgənin 1991-ci ildə birtərəfli müstəqillik elan etməsindən sonra beynəlxalq tanınma istiqamətində ilk rəsmi addım kimi qiymətləndirilir.

    Somali tərəfi isə bu qərara kəskin etiraz edib. Prezident Həsən Şeyx Mahmud İsrailin tanınmasını “sadəcə diplomatik jest deyil, yüksək riskli strateji məqsədlərin ört-basdır edilməsi” kimi dəyərləndirib və bunun Qəzza probleminin Afrika Buynuzuna daşınması anlamına gəldiyini bildirib.

    Bu addım Somalidə geniş ictimai narazılığa səbəb olub. Dekabrın 30-da paytaxt Moqadişu və bir sıra digər şəhərlərdə minlərlə insan etiraz aksiyalarına çıxıb.

    Bundan əlavə, 50-dən çox ölkə İsrailin qərarını pisləyib, Afrika İttifaqı və Avropa İttifaqı isə Somalinin ərazi bütövlüyünə hörmət göstərilməsinin vacibliyini vurğulayıb.

    Buna baxmayaraq, Somaliland rəhbəri Yeni il müraciətində yaxın dövrdə daha çox ölkənin “Somaliland Respublikasını” tanıyacağına ümid etdiyini bildirib.

    #Somaliland İsrail üsleri iddialarını reddetti #Somaliland’dan Filistinlilerle ilgili suçlamalara yalanlama #Hargeisa: İsrail ile ilişkiler diplomatik düzeyde #Somaliland askeri anlaşma iddialarını kabul etmiyor #İsrail-Somaliland tanıması bölgede tepki çekti #İsrail-Somaliland münasibətləri regional gərginlik yaradır #Fələstinlilərin köçürülməsi iddiasına Somalilanddan rəsmi cavab #Somaliland: İsraillə əlaqələr yalnız diplomatik xarakter daşıyır #Hargeisa İsraillə hərbi razılaşma xəbərlərini əsassız adlandırır #Somaliland İsrail bazaları və fələstinlilərlə bağlı iddiaları təkzib edib #Somaliland Denies Hosting Israeli Bases #Resettling Palestinians #Somaliland Rejects Claims of Israeli Military Deal #Hargeisa Says Ties with Israel Are Purely Diplomatic #Somaliland Dismisses Allegations on Gaza Palestinians #Israel–Somaliland Recognition Sparks Regional Tensions
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri

    27 Avqust 2026 12:51

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    27 Avqust 2026 12:37

    Rusiyada “Ozon”un iki logistika mərkəzinə PUA hücumu edilib

    27 Avqust 2026 11:40

    İran Prezidenti region ölkələrinə təhlükəsizlik çağırışı edib

    27 Avqust 2026 11:05

    Kolumbiya narkotik qaçaqmalçıları üçün üzən həbsxanalar hazırlayacaq

    27 Avqust 2026 10:21

    11 sentyabrın əsas şübhəlisi nə vaxt mühakimə olunacaq?

    27 Avqust 2026 10:13

    ABŞ Asiyada Çinə qarşı zəifləyir?

    27 Avqust 2026 10:01

    Robert Köçəryan həbs edildi

    27 Avqust 2026 09:15

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    26 Avqust 2026 21:38

    ABŞ-nin iqtisadi təzyiq siyasətinin arxasında hansı məqsəd dayanır?

    26 Avqust 2026 20:31

    İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb

    26 Avqust 2026 20:28
    XƏBƏR LENTİ

    İordaniya görüşündən sonra İsrail-Suriya razılaşması mümkün olacaqmı?

    İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi?

    Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    Rusiyada “Ozon”un iki logistika mərkəzinə PUA hücumu edilib

    Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

    Küveyt qapılarını xarici biznesə açır - Azərbaycan şirkətləri və investorları üçün yaranan fürsətlər hansılardır?

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    İran Prezidenti region ölkələrinə təhlükəsizlik çağırışı edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.