Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Kolumbiya uşaq istismarı ilə ittiham olunan yəhudi təriqəti üzvlərini ABŞ-a təhvil verib

    2 Dekabr 2025 13:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Kolumbiya uşaq istismarı ilə ittiham olunan yəhudi təriqəti üzvlərini ABŞ-a təhvil verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Kolumbiya ölkə uşaq seksual istismarı ilə bağlı araşdırılan ultra-ortodoks “Lev Tahor” yəhudi təriqətinin doqquz üzvünü ABŞ-a ekstradisiya edib.

    Bu açıqlama Milli Miqrasiya Agentliyi tərəfindən, Kolumbiya təhlükəsizlik qüvvələrinin bir həftə əvvəl keçirdiyi əməliyyatdan sonra yayıldı. Həmin reyd zamanı “Lev Tahor”un nəzarətindən 17 azyaşlı xilas edilmişdi. Həmin uşaqlar, böyüklərlə eyni reyslə ABŞ-a aparılsalar da, Kolumbiya Miqrasiya Agentliyinin sözçüsü AFP-yə açıqlamasında bildirdi ki, uşaqlar ABŞ-a deportasiya olunmayacaq və orada Uşaq Mühafizəsi Xidmətlərinin himayəsinə veriləcəklər.

    Hakimiyyət orqanlarının yaydığı fotolarda təriqət üzvlərinin Medelyin hava limanında təhlükəsizlik postlarından keçdikləri görünür. Onların hamısı uzun, qara üst geyimləri ilə kamera qarşısında əks olunub.

    “Lev Tahor” təriqəti 1980-ci illərdə formalaşıb və 2013-cü ildə üzvlərinin bir hissəsi Qvatemalaya köçüb. Təxminlərə görə, təriqət Qvatemala, ABŞ, Kanada və digər ölkələrdən olan təxminən 50 ailədən ibarətdir.

    Təriqət həmçinin Meksika və Kanadada da hakimiyyətlə problemlər yaşayır. Beynəlxalq Polis Təşkilatı – İnterpol bəzi liderlərin saxlanılması üçün qırmızı bülletenlər yayıb.

    2024-cü ilin dekabrında Qvatemala hakimiyyəti “Lev Tahor” tərəfindən idarə olunan fermadan 160 azyaşlını xilas etmişdi. O zaman prokuror Dimas Ximenes mətbuat konfransında bildirmişdi ki, əməliyyat “məcburi hamiləlik, azyaşlılara işgəncə və zorlanma” şübhələri səbəbindən həyata keçirilib.

    #lev tahor təriqəti #Kolumbiya deportasiya #Lev Tahor təriqətinin ABŞ-a ekstradisiya olunmuş üzvləri haqqında məlumat #Kolumbiyada xilas edilən azyaşlılarla bağlı son durum #Yəhudi ultra-ortodoks təriqətlərində uşaq istismarı iddiaları #Lev Tahor cult #Why Colombia extradited Lev Tahor members to the United States #Lev Tahor tarikatı #Kolumbiya Lev Tahor təriqəti üzvlərini ABŞ-a təhvil verdi #Uşaq istismarı ittihamı: 9 təriqət üzvü ekstradisiya olundu #Что происходит с сектой Лев Тахор? Колумбия выдала её лидеров США
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    31 Avqust 2026 12:28

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    31 Avqust 2026 09:37

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Macarıstanda oğurlanan təyyarənin nüvə stansiyasına yaxınlaşması təşvişə səbəb olub

    30 Avqust 2026 11:25

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    30 Avqust 2026 11:23

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Yeni regional razılaşmalar bölgədə yeni mərhələnin başlanğıcı ola bilər - Qalibaf

    29 Avqust 2026 18:30

    Müdafiə gücümüzün ən mühüm dayağı milli birlikdir - İranın müdafiə naziri

    29 Avqust 2026 18:19
    XƏBƏR LENTİ

    Huda Qəttan və Kardi Bi əməkdaşlığa başlayır

    Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

    Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

    Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib

    Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat yayılıb

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.