Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Yaponiya Baş naziri hökumət üzvləri ilə birlikdə öz maaşını azaltmağı planlaşdırır

    8 Noyabr 2025 14:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yaponiya Baş naziri hökumət üzvləri ilə birlikdə öz maaşını azaltmağı planlaşdırır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Yaponiya Baş naziri Sanai Takaiçi dövlət sektorunda çalışan məmurların maaşları ilə bağlı qanuna yenidən baxaraq, özünün və bütün kabinet üzvlərinin maaşlarının azaldılmasını planlaşdırır. Qanun dəyişiklikləri parlamentin hazırkı fövqəladə sessiyası çərçivəsində müzakirə ediləcək.

    AzerVoice xəbər verir ki, Yaponiyanın Jiji Press agentliyinin məlumatına görə, hökumət çərşənbə axşamı məsul nazirlərin iştirakı ilə toplantı keçirəcək və Baş nazir ilə nazirlərin maaşlarını deputatların maaşından yüksək edən əlavə müavinətlərin dayandırılması qərarını rəsmiləşdirəcək.

    Takaiçi bu addımla uzun müddətdir müdafiə etdiyi “nazir maaşlarının azaldılması” təklifinin icrası ilə islahatlara sadiqliyini nümayiş etdirmək niyyətindədir.

    Hökumətdə koalisiya ortağı olan “Yaponiya İnnovasiya Partiyası” (Nippon Ishin no Kai) deputatların imtiyazlarının azaldılmasına yönəlik geniş islahatları dəstəkləyir.

    Baş nazir oktyabr ayında keçirilən ilk mətbuat konfransında belə demişdi: “Qanuna elə dəyişiklik ediləcək ki, Nazirlər Kabinetinin üzvləri deputatlardan daha yüksək maaş almasın.”

    Hökumət qanuna “Baş nazirə və nazirlərə əlavə müavinətlərin hazırda verilməməsi” barədə müddəa əlavə etmə imkanını nəzərdən keçirir.

    #Yaponiya #İslam Yaponiyada #Yaponiyada müsəlmanlar #Yaponiyada internet sürəti #Sanai Takaiçi #Nippon Ishin no Kai
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır

    29 Avqust 2026 18:00

    Avropa İttifaqı və bir sıra ölkələr İsrailin BMT agentliyinin obyektini ələ keçirməsini pisləyib

    27 Avqust 2026 18:23

    Yaponiya Hörmüz boğazından asılılığı azaltmaq üçün yeni enerji planı hazırlayır

    26 Avqust 2026 19:21

    Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib

    26 Avqust 2026 18:19

    Oman və Yaponiya Hörmüz boğazının açılması üçün səylərin gücləndirilməsinə çağırıb

    20 Avqust 2026 21:57

    Səudiyyə Ərəbistanı strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsini istəyir

    19 Avqust 2026 21:11

    Ərdoğan və Takaiçi ikitərəfli əlaqələri müzakirə etdi

    19 Avqust 2026 14:51

    Türkiyə dünyanın ən güclü hava qüvvələri siyahısında 8-ci oldu

    18 Avqust 2026 15:19

    Cənubi Koreya Şimali Koreya ilə sülh danışıqlarına çağırıb

    15 Avqust 2026 10:49

    TDT Yaponiya ilə əməkdaşlığı gücləndirir

    14 Avqust 2026 12:09

    Yaponiya İrandan husilərə təsir göstərməsini istəyib

    12 Avqust 2026 18:37

    Yaponiya baş naziri Hörmüz boğazında sərbəst və təhlükəsiz keçidə çağırıb

    10 Avqust 2026 18:39
    XƏBƏR LENTİ

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

    Yuxuda məscid görmək necə yozulur?

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    İslam memarlığının 8 şah əsəri hansılardır?

    İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

    “Zati-aliləri” zindanda: Yedikule qalasından Tehranın gizli mənzilinə qədər diplomatik toxunulmazlığın sınaqları

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 30 Avqust

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.