Yaponiya Baş naziri Sanai Takaiçi dövlət sektorunda çalışan məmurların maaşları ilə bağlı qanuna yenidən baxaraq, özünün və bütün kabinet üzvlərinin maaşlarının azaldılmasını planlaşdırır. Qanun dəyişiklikləri parlamentin hazırkı fövqəladə sessiyası çərçivəsində müzakirə ediləcək.