#60 yaşdan yuxarı əhali

Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə hər il oktyabrın 1-i “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Bu günün məqsədi dünyada yaşlanan əhalinin problemlərinə diqqət çəkmək, yaşlıların sağlamlıq, sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsləri təşviq etmək və bu sahədə ictimaiyyətin məlumatlılığını artırmaqdır. Bu il BMT tərəfindən 35-ci dəfə qeyd olunan Beynəlxalq Ahıllar Günü “Yerli və Qlobal Təşəbbüslərə Rəhbərlik edən Yaşlılar: Məqsədlərimiz, Rifahımız və Hüquqlarımız” mövzusu ilə keçirilib. Bu mövzu yaşlı nəslin cəmiyyətin inkişafında oynadığı mühüm rol və onların həm yerli, həm də beynəlxalq səviyyədə dayanıqlı cəmiyyətlərin qurulmasına verdiyi töhfələri vurğulayır.