Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Cənubi Koreya və ABŞ Şimali Koreya təhdidinə qarşı hərbi təlimlərə başlayır

    7 Avqust 2025 11:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Cənubi Koreya və ABŞ Şimali Koreya təhdidinə qarşı hərbi təlimlərə başlayır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, Azervoice, Nərmin Ağayeva

    Cənubi Koreya və ABŞ Şimali Koreya təhdidinə qarşı genişmiqyaslı hərbi təlimlərə başlayacaq.

    Azervoice xəbər verir ki, Cənubi Koreya və ABŞ bu ay Şimali Koreyanın artan təhlükəsi fonunda hazırlığı gücləndirmək məqsədilə illik Ulchi Freedom Shield adlı birgə hərbi təlimlərə start verəcək. Avqustun 18-də başlayacaq və 10 gün davam edəcək təlimlərdə təxminən 18 min Cənubi Koreya əsgərinin iştirak edəcəyi bildirilib. Təlimlər həm səhra, həm də komanda-qərargah simulyasiyalarını əhatə edəcək.

    Təlimlərlə bağlı keçirilən mətbuat konfransında polkovnik Li Sung-jun və ABŞ Silahlı Qüvvələrinin Koreyadakı nümayəndəsi Rayan Donald bildirib ki, təlimin miqyası əvvəlki illərlə müqayisədə dəyişməyib. Cənubi Koreyanın yeni liberal prezidenti Li Jae Myung-un dialoqu təşviq etmək istədiyi deyilsə də, hərbi rəsmilər bu istiqamətdəki narahatlıqları təkzib ediblər.

    Li əlavə edib ki, planlaşdırılmış 40 təlimin yarısı hava şəraiti səbəbindən sentyabr ayına təxirə salınacaq.

    Qeyd edək ki, Şimali Koreya bu cür təlimləri tez-tez "işğal məşqi" adlandırır və cavab olaraq silah sınaqlarını artırır. Pxenyan ABŞ və Cənubi Koreya ilə diplomatik danışıqlara qayıtmaq çağırışlarını dəfələrlə rədd edib və son illərdə xarici siyasətdə Rusiyaya daha çox yaxınlaşıb.

    #ABŞ #Cənubi Koreya #Şimali Koreya #hərbi təlim #Cənubi Koreya və ABŞ birgə təlimləri #ABŞ-Cənubi Koreya hərbi əlaqələri #Şimali Koreya və Cənubi Koreya mübarizəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    31 Avqust 2026 18:29

    ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

    31 Avqust 2026 18:17

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    31 Avqust 2026 09:37

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16

    Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır

    29 Avqust 2026 18:00
    XƏBƏR LENTİ

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

    Qəzzada ölənlərin sayı artıb

    ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

    Bişkekdə Prezident İlham Əliyevin Məsud Pezeşkianla görüşü olub

    Huda Qəttan və Kardi Bi əməkdaşlığa başlayır

    Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.