Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İsrail ordusunda bu ilin əvvəlindən bəri 18 əsgər intihar edib

    18 İyul 2025 18:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail ordusunda bu ilin əvvəlindən bəri 18 əsgər intihar edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrail ordusunsa, Qəzza zolağında 21 aydır davam edən hərbi əməliyyatlar fonunda, bu ilin əvvəlindən bəri 18 əsgər intihar edib.

    AzerVoice xəbər verir ki, bu barədə İsrail Ordu Radiosunun ordunun statistikasına əsasən yayımladığı xəbərdə qeyd olunub.

    Bu ilin ilk 6 ayında 15 əsgər öz həyatına son qoyub, yalnız iyul ayında isə üç əsgər intihar edib. Bununla da bu il intihar edən əsgərlərin sayı 18-ə çatıb. Bu göstəricinin son iki ilin eyni dövrü ilə müqayisədə ciddi artım göstərdiyi bildirilib.

    İsrail mətbuatında intiharlarla bağlı yayılan xəbərlər geniş əks-səda doğurarkən, ordu rəhbərliyi artan intihar hallarına dair açıqlama verməkdən yayınıb. Orduda psixoloji problemlər yaşayan əsgərlər üçün bir dəstək proqramı başladılıb. Bu çərçivədə İsrailin “ERAN” adlı Təcili Psixoloji Yardım Xidmətindən verilən məlumata görə, təkcə iyun ayında 6 000-dən çox əsgər psixoloji dəstək üçün müraciət edib.

    İsrail ordusunun sözçüsü Effi Defrin, dünən keçirilən mətbuat konfransında intihar hadisələri ilə bağlı araşdırmaların aparıldığını bildirib, lakin bu ilə dair intihar statistikalarını açıqlamaqdan imtina edib.

    Qeyd edək ki, 2023-cü ilin ilk yarısında 11, 2022-ci ilin eyni dövründə isə 9 İsrail əsgəri intihar etmişdi.

    #Qəzza #İsrail #Qəzza zolağı #İsrail ordusu #İsrail əsgərlərinin intiharı #2024-cü il intihar halları #Psixoloji dəstək proqramı #ERAN psixoloji yardım #İsrail Ordu Radiosu #Effi Defrin açıqlama #İsrail əsgərlərində stress #Hərbi xidmət psixoloji təsir #Qəzza zolağı əməliyyatları #intihar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    1 Sentyabr 2026 20:46

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    1 Sentyabr 2026 19:20

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    İsrailli məskunlaşanlar işğal altındakı İordan çayının qərb sahilində məscidi yandırmağa cəhd edib

    1 Sentyabr 2026 18:20

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49
    XƏBƏR LENTİ

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.